![]() |
|
“Mahirə həddən artıq təzyiq var azarkeşlər tərəfindən”.
Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Malta ilə 1:1 bərabərə qaldığı oyundan sonra bildirib.
O, jurnalistlərin “Mahir Mədətov öz oyununa görə azarkeşlərin tənqidi ilə üz-üzə qalıb. Onun yerinə başqa oyunçu meydana buraxa bilməzdiz?” sualına cavabında bunları bildirib:
“Mahir ən hərəkətli oyunçularımızdan biri idi. Biz futbolçunu mütləq qazanmalıyıq. Bu gün qol pasını da o verdi. Bizim bu futbolçular xalq olaraq ehtiyacımız var. Mahir oyundan sonra paltardəyişmə otağında oturub ağlayırdı. Həmişə öz futbolçularımın yanındayam. Onların nələr keçirdiklərini məndən yaxşı heç kim bilməz. Mahirin, Pavelin qaşı partladı. Bu futbolçulara güvənmək lazımdı. Başqa oyunçularımız yoxdu.
Onları itirmək istəmirəm. Əksinə daha yaxşı futbolçu etmək, peşəkar etmək istəyirəm. Onların hər biri həddən artıq məsuliyyətlidilər. Bəzən soyuqqanlı olmaq gərəkən epizodlarda çətinlik çəkirdilər. Bizim futbolda çatışmayan cəhətlər çoxdu. Amma istəyirik ki, onları itirməyək. Nə qədər onlara ehtiyacımız var, daha çox yapışmalıyıq. Futbolçularımı yaxşı tanıyıram. Bütün iradları öz üzərimə götürməyə razıyam ki, futbolçular oyuna rahat hazırlaşsınlar”.
Almaniya yığma komandası ötən gün Millətlər Liqasının oyunları zamanı Hollandiya yığmasına məğlub (3:0) olaraq öz antirekordunu təkrarlayıb.
Goal.az xəbər verir ki, ötən gün UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda keçirilən Hollandiya – Almaniya oyununda məğlub olan almanlar 2018-ci ildə 5-ci məğlubiyyətini alıblar. 2014-cü ildə keçirilən dünya çempionatının qalibləri 2018-ci ildə Cənubi Koreyaya (0:2), Meksikaya (0:1), Avstriyaya (1:2), Braziliyaya (0:1) və Hollandiyaya (0:3) məğlub olublar. Sonuncu dəfə 1985 və 1956-cı illərdə bir il ərzində 5 dəfə məğlub olan almanlar bu ilin sonuna kimi daha 3 oyuna çıxacaqlar. Belə ki, Millətlər Liqasının oyunları çərçivəsində Fransa və Hollandiya yığmaları ilə qarşılaşmalı olan Almaniya yığması, həmçinin Rusiya yığması ilə yoldaşlıq oyunu oynayacaq.
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqor üzərində qələbədən sonra boks üzrə keçmiş dünya çempionu Floyd Mayvezerlə qarşılaşmaq istədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” yazıb.
“İrəli, Floyd! Mən qarşılaşmağa hazıram: 50-0 27-0-a qarşı. Biz ikimiz də heç vaxt uduzmamışıq. Niyə də olmasın? Bu cəngəlliklərin sadəcə bir kralı var və o da mənəm. Çünki mən Konoru məğlub edə bildim. Bu, çox asan oldu”, - Nurməhəmmədov bildirib.
Hər oyunumuz vacibdir. Matçların sayı azaldıqca, daha vacib olur. Çətin, fərqli sistemdə çıxış edən rəqibə qarşı oynayırıq. Matçın əhəmiyyətini hamımız yaxşı bilirik. Futbolçularımızın bu qarşılaşmaya hazır olacağını düşünürəm.
Report xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə oyundan əvvəl söyləyib.
Mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında sualları da cavablandırıb.
"Qarabağ"da yaxşı oyun, millidə isə daha çox nəticə tələb olunur. Futbolçuları gah buna, gah digərinə kökləmək problem deyil ki?
- Yaxşı nəticə üçün yaxşı oyun göstərmək lazımdır. Bunun üçün çalışırıq. Bəli, fərqli komanda və turnirlərdir. İstənilən görüşə yaxşı oyun göstərmək üçün çıxırıq.
Heyətdə dəyişiklik olacaq?
- Farer adaları ilə müqayisədə ciddi dəyişiklik olmayacaq. Sabah səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik.
Bir ay əvvəllə müqayisədə Maltada nə kimi dəyişiklik var?
- Malta həm bizə, həm Kosovoya, eləcə də, Farer adalarına qol vurub. Bu da onu göstərir ki, diqqət etməliyik. Kosovo ilə səfər görüşlərinə baxmışıq. Bu komandaya qol vurmaq və buraxmamaq üçün diqqətli olmalıyıq.
Mifsudun yoxluğu bizim üçün üstünlükdür?
- Bu oyunçuya rəğbətim var. 37 yaşında bu cür hərəkətli olması digərlərinə nümunədir. Onun oynamayacağına sevinmirəm. İstəyirəm ki, yaxşı futbolçular meydanda olsun. Onun yoxluğunun rəqibin oyununa təsir edəcəyini düşünmürəm.
Rüfət Dadaşovu daha öncə çağırmadığınıza görə təəssüflənmirsiz ki?
- Xeyr. Biz hər bir futbolçunu daha hazır olanda çağırmaq istəyirik. Lakin bəziləri formada olmurlar. Amma biz onları çağırmağa məcburuq. Çünki oyunçu seçimi çox deyil. Rüfəti lazımi vaxta komandaya dəvət etdik.
![]() ![]() ![]() ![]() |
UEFA Millətlər Liqasında 3-cü turun oyunları davam edir.
Axar.az xəbər verir ki, 7 oyun baş tutub.
Keçirilən görüşlərin nəticələri aşağıdakı kimidir:
A liqası
Belçika – İsveçrə - 2:1
Xorvatiya – İngiltərə - 0:0
B liqası
Avstriya – Şimali İrlandiya - 1:0
C liqası
Estoniya - Finlandiya - 0:1
Yunanıstan - Macarıstan - 1:0
D liqası
Belarus - Lüksemburq - 1:0
Moldova - San Marino - 2:0
Qarışıq döyüş növlərinin (MMA) UFC 229 turniri “pey-per-vyu” (baxış üçün pul ödəmək) abunəçilərinin sayına görə rekord vurub.
Axar.az xəbər verir ki, turniri izləmək üçün 2.4 milyon abunəlik satılıb.
Siyahıda ikinci və üçüncü yerləri irlandiyalı Konor Makqreqorun 2016-cı ildə amerikalı Neyt Diasa qarşı keçirdiyi görüşlər (1.6 və 1.65 milyon) tutub.
Turnirin əsas hadisəsi UFC 229 versiyası üzrə Həbib Nurməhəmmədov və Makqreqorun yüngül çəkidə çempion adı uğrunda döyüşü olub.