Asiya Çempionlar Liqası çərçivəsində İranın “Perspolis” və Yaponiyanın “Kaşima Antlers” komandaları arasında keçirilən görüş məcburi olaraq İran məktəblərində yayımlanıb.

Ardını oxu...

19:06

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ” klubu “Sabah”ı qəbul edib.

Ardını oxu...

İtaliya A Seriyasının 9-cu turunun Genoa ilə oyununda (1:1) fərqlənərək, Avropanın TOP-5 liqasında 400 qol vuran ilk oyunçu kimi tarixə düşən “Yuventus”un hücumçusu Kristiano Ronaldo mükafatlandırılıb.

Ardını oxu...

Türkiyə çempionatının 11-ci turunda öz meydanında “Fənərbağça” ilə heç-heçə edən “Qalatasaray”da oyunun hakiminə etirazlar davam edir.

Ardını oxu...

Futbolçularımı təbrik edirəm.

Ardını oxu...

Argetinalı prokuror Pablo Turano futbolçu Lionel Messini çirkli pulların yuyulmasında ittiham edib.

Ardını oxu...

Bizi gəlir gətirməyən döyüşlər maraqlandırmır.

Ardını oxu...

İspaniya çempionatında yeni mükafat təsis olunacaq.

Qol.az-ın yaydığı xəbərə görə, qarşıdakı illərdə mövsümün ən yaxşı futbolçusuna Lionel Messi Kuboku təqdim oluna bilər. Bu barədə La Liqanın prezidenti Xavier Tebas məlumat verib. Argentinalını dünyanın ən yaxşısı hesab edən və ideyanı dəstəkləyən futbol funksioneri "Barselona"lı superulduzun adını əbədiləşdirmək üçün gələcəkdə bu addımı ata biləcəklərini istisna etməyib.

Qeyd edək ki, mövsümün ən yaxşı hücumçusu üçün isə İspaniya millisinin əfsanəvi forvardı Telmo Sarranın adını daşıyan mükafat nəzərdə tutulub.

“Traktor” böyük və çox tərəfdara malik olan bir komandadır. Təbrizdə hər yerdə “Traktor”dan danışırlar. Yaşlılar, gənclər – hər kəs bu komandadan bəhs edir. Bu mənim üçün də önəmli məsələdir.

Axar.az xəbər verir ki, bu sözləri Təbrizin “Traktor” futbol komandasının irlandiyalı hücumçusu Antoni Stokes deyib. O, təmsil etdiyi komandanın azərbaycanlılar tərəfindən çox sevildiyini deyib:

“Düşünürəm ki, bu komandada uğur qazana bilərəm. Bu mövsümdə “Traktor”u seçdiyimdən xoşhalam, bu, mənim üçün çox yaxşıdır. Ona görə ki, oynadığın komandanın çox tərəfdarı var və böyük bir klubdur. Təkcə mənim uğur qazanmağım önəmli deyil. Şübhəsiz ki, istəyərəm bu mövsümdə 25-dən çox qol vurum və birinci olum. Lakin ən önəmli məsələ odur ki, klub çempion olsun və qarşısına qoyduğu hədəflərə çatsın. Bizim mövsümün əvvəlində bəxtimiz gətirmədi və müəyyən xallar itirdik. Lakin vəziyyətimiz artıq dəyişib və getdiyimiz yolda uğur qazanmaq , hətta çempion olmaq imkanı var. Əminəm ki, qarşıdakı həftələrdə daha sürətlə hədəfə doğru hərəkət edəcəyik”.

Qeyd edək ki, Antoni Stokes İrlandiya milli komandasının keçmiş oyunçusudur. O, hazırda Super Liqa yarışlarında İran üzrə ən çox qol vuran oyunçudur.

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov növbəti rekorda imza atıb.

Ardını oxu...

Xəbər lenti