Metroda bu cərimələr artırıldı - MƏBLƏĞLƏR

Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.

Yol-xeber.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir.

Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.

Bəzi digər qayda pozuntuları üzrə cərimələr dəyişməz qalıb. Məsələn, eskalatordan istifadə zamanı sürahinin üzərinə əşya qoymağa görə cərimə 20 manatdır.

Eskalatorun sürahisini çıxarmaq, “Stop” düyməsindən zərurət olmadan istifadə etmək, siqaret çəkmək, qatar hərəkətdə olarkən vaqonun qapılarını açmaq, qatarın hərəkətini gecikdirmək, özbaşına dəmir yoluna düşmək və ya tunellərə, xidmət otaqlarına daxil olmaq kimi hallara görə isə cərimə 50 manat təşkil edir.

Həmçinin, Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov dünən jurnalistlərə açıqlamasında bildirib ki, ötən il qayda pozuntuları ilə bağlı ümumilikdə 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun sözlərinə görə, təhlükəsizlik tələblərinə əməl olunmaması sərnişinlərin həyatını təhlükəyə ata bilər.

“Keçən il qatar stansiyaya daxil olarkən üç dəfə sərnişinlərin relslərə düşməsi halları qeydə alınıb. Təəssüf ki, bu hadisələrdən ikisi ölümlə nəticələnib. Digər iki halda isə sərnişinlərin ehtiyatsızlığı ciddi təhlükə yaradıb”, - deyə V. Aslanov vurğulayıb.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti