20 Yanvar – şərəf və qəhrəmanlıq tariximiz

Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuş, eyni zamanda, xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq və şərəfli səhifələrindən olan 20 Yanvar hadisələrindən 35 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsinə, onların ölkəmizə qarşı ermənipərəst və qərəzli siyasətinə etiraz edən dinc, mülki azərbaycanlıların səsini boğmaq, həmçinin müstəqillik arzularını gerçəkləşdirmələrinin qarşısını almaq məqsədilə bu qanlı hadisə törədilmişdir. Sovet imperiyası tərəfindən günahsız insanlara qarşı vəhşi terror aktı törədilməsinə baxmayaraq Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamışdır

Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Azərbaycanın bir neçə rayonunda keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən insanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülmüş, 744 insan yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, onlardan 112 nəfər SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilmişdir.
Qan yaddaşımız olan 20 Yanvar hadisələri yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına şərəfli qəhrəmanlıq tarixi kimi həkk olundu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə 1990-cı il 21 yanvar tarixində təzyiqlərə və çətinliklərə baxmayaraq, 20 yanvar tarixində baş vermiş insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı keçirmiş, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt bəyanat vermişdir.
Ulu Öndər Heydər Əliyev 1990-ci ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmiş, onun Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmış və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilmişdir.
20 Yanvar hadisələri zamanı dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə insanın öldürülərək yaşamaq haqqının əlindən alınması və ya yaralanması, qurbanlar arasında qadınlar, ahıllar və uşaqların olması, digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin – insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi.
20 Yanvar hadisələri zamanı törədilən əməllər insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayətdir.
Azərbaycana qarşı hərbi təcavüz nəticəsində baş vermiş qanlı 20 Yanvar hadisələrinin, bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş cinayət kimi, beynəlxalq hüquq çərçivəsində qiymətləndiriləcəyinə, bu cinayəti törədənlərin qanun qarşısında cavab verəcəyinə və cinayətkarların cəzasız qalmayacaqlarına inanırıq.
14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti