Azərbaycanda hər kəs dini inancında, baş örtüsündən istifadədə sərbəst olsa da, hicablı xanımlar az deyil.

Sovet illərində hicablı xanımlara çox nadir halda rast gəlinsə də, son illər baş ötrüsünə üstünlük verənlərin sayında artım var idi. Lakin bir müddətdir ki, bu tendensiya müşahidə edilmir. Bəzi hallarda hicablı xanımların sonradan başlarını açması halları ilə də qarşılaşırıq. Əlbəttə, hər kəs dini əqidəsində sərbəstdir, lakin bu halın islamda necə qarşılanması maraq doğurur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən ilahiyyatçı Rəsul Mirhəşimli bildirib ki, bir xanımın əvvəllər hicab bağlayıb, sonradan açması fərdi məsələdir. İlahiyyatçının sözlərinə görə, kənardan kiminsə qadının işlərinə qarışması normal sayıla bilməz:

“Hicablı xanım Allahın ayələrini başı üzərində daşıyan yüksək məqam sahibidir. Yaxşı olar ki, Allahın bu qədər yüksək dəyər verdiyi xanım hər zaman özünü bu yüksək məqamda qoruyub saxlasın. Hicabla bağlı ayə Quranda “Əhzab” surəsində keçir. Bu ayənin hikməti xanımları yad gözlərdən qorumaq üçündür. Başqa sözlə, Yaradan xanımlara bu ayə ilə bir ilahi mesaj verir: “Qadının şəxsiyyəti onun cinsiyyətindən önəmlidir”.

Dinimizdə qadının xüsusi yeri var. İslam dini qadına verdiyi dəyəri peyğəmbərimizə nazil etdiyi surələrlə bəyan edir. Qurani-Kərimin “Nisa” (Qadınlar), “Məryəm” surəsi ilə qadının cəmiyyətdə xüsusi yerinin olduğunu sübuta yetirir”.

İlahiyyatçı bildirib ki, hicab əmr olmaqla yanaşı, eyni zamanda, bir ibadət də sayıla bilər. İslamın vacib bildiyi ibadətlər tərk edildikdə necə normal sayılmırsa, hicablı xanımların da sonradan hicabını açması eyni mahiyyət daşıyır:

“Bu, o qədər həssas bir məsələdir ki, istənilən söz kiminsə şəxsi işərinə qarışmaq kimi dəyərləndirilə bilər. Bu barədə danışan istənilən adam yalnız tövsiyə verə bilər, dediklərini əsla əmr formasında işlədə bilməz. Namaz qılan bir müsəlman namazı tərk edirsə, günah qazanmış olurmu? Olur. Hicab da mömin qadınlara Allahın əmridir. Əmr isə yerinə yetirilmək üçündür, tərk edilmək üçün deyil”.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti