![]() |
|
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Xezerxeber.az xəbər verir ki 18 yaşı tamam olmuş şəxslər artıq onlayn şəkildə müraciət edərək ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahları əldə edə biləcək.
Yeni sistemin məqsədi ölkədə silah satışı və qeydiyyatında şəfaflığı təmin etməkdir. Yenilik vətəndaşlara daha sürətli xidmətin göstərilməsini hədəfləyir.
Ekspertlər isə deyir ki, silahın elektron qaydada satılması o anlama gəlmir ki cinayətkarlıq artacaq. Əksinə yeni üsulla silahı əldə edən şəxs ciddi araşdırılıacaq və mənfi halların yaranması mümkün olmayacaq. Bununla da təhlükəsizlik tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan yaranacaq.
Vətəndaş qeydiyyatda olduğu ünvanı dəyişərsə onda silahın olması barədə həm köhnə, həm də yeni ərazi üzrə polis orqanına məlumat verməlidir.
Kirayədə qalanların qarşılaşdıqları əsas problemlərdən biri ev sahibinin onları yaşayış yerindən nə vaxtsa çıxarmaları olur. Aydın məsələdir ki, artıq uyğunlaşmağa başladığı evdən çıxmaq şəxsi yenidən eyni prosesi təkrarlamağa - yaşayış yeri axtarmağa, vaxt itkisinə vadar edir.
Bəs qanunla ev sahibi kirayəçi ilə bağladığı müqaviləni hansı hallarda poza bilər?
“Qafqazinfo”nun məlumatına görə, Mülki Məcəlləyə əsasən, yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. Yəni tərəflərin hər birinin müqaviləni ləğv etmək hüququ var. Həmçinin yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın da qüvvəsi yoxdur.
Qanunvericiliyə görə, kirayə müqaviləsinə onun bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, tərəflərdən biri müqavilənin ləğvinə dair bildiriş verə bilər. Bildiriş yazılı formada verilməlidir və müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.
Həmçinin kirayəyə verənin müqaviləyə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır:
- Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda;
- Kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda və digər hallarda.
Kirayəyə verən özü yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin kirayə müqaviləsini özünün marağı olmadan da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin özünün yaşadığı mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun tətbiq edilir.
Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən də aşağıdakı hallarda kirayə müqaviləsini ləğv edə bilər:
- Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;
- İkidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
Ümumilikdə isə tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən ciddi şəkildə pozursa, müqavilə xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər.
Lakin bütün bu hallar kirayə verənlə kirayəçi arasında müqavilə bağlandığı halda qüvvədədir. Təcrübədə isə sözügedən tərəflər daha çox öz aralarında olan şifahi razılaşmaya üstünlük verirlər. Bu isə yaranan mübahisələrin hüquqi çərçivədə həllinə imkan yaratmır.
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı Qərar imzalayıb.
Qərara əsasən məlumatına görə, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq.
Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün - 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq.
Martın 27-si isə bayramdan sonra ilk iş günüdür.
2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Məlumata görə, hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
"Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - məlumatda qeyd olunub.