Avqustun 17-də saat 23 radələrində metronun “Nəriman Nərimanov” stansiyasının platformasında qaçan iki nəfər orada xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etdiyindən onlar şübhəli şəxs qismində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.
Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılıb.
Son günlər müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə zonaları yaranıb, köhnə sürüşmələrdə aktivlik qeydə alınıb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-80 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.