Roma Papası Fransiskin iştirakı ilə 5 fevralda Əbu-Dabidə keçiriləcək dini ayini 120 min insan canlı izləyə biləcək.

Axar.az xəbər verir ki, bu barədə “National” nəşri yazıb.

Mərasim Əbu-Dabidəki “Zayed” stadionunda keçiriləcək. Pulsuz biletlər Ərəbistan yaramadasındakı kilsələr tərəfindən paylanılacaq. Biletlərin böyük hissəsi BƏƏ, Oman və Yəməndəki kilsələrə ayrılacaq.

Qeyd edək ki, Roma Papası Fransisk 3-5 fevral tarixlərində BƏƏ-yə səfər edəcək.

Xəbər lenti