ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma ilə qadağan edilmiş raketlər Avropada peyda olacağı halda Rusiya cavab tədbirləri görəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrov Avropanı müstəqil qərar verməmək və ABŞ-ın izi ilə getməkdə ittiham edib. Onun sözlərinə görə, ABŞ-ın müqaviləni tərk edəcəyini açıqladığı zaman Avropa ölkələri böyük narahatlıqlarını ifadə ediblər. Buna baxmayaraq Rusiyanın müqavilənin saxlanmasına dəstək xarakterli hazırladığı qətnamə layihəsinin demək olar ki, bütün AB əleyhinə səs verib.

XİN rəhbəri bu məsələdə növbəti addımın Rusiyanın cavab tədbirləri olacağını da qeyd edib.

Xəbər lenti