Bu müşavirə göstərdi ki, ölkədə vəziyyət ciddi nəzarət altındadır və prezident bütün problemlərdən çıxış yollarını bilir.

 

Bunu Axar.az-a Prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədəki nitqini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq müşavirənin yüksək tələbkarlıq şəraitində keçdiyini vurğulayıb:

“Prezident müşavirədə təkcə komissiya üzvlərinə deyil, əslində, ölkənin bütün məmurlarına səsləndi. Ölkə rəhbəri “Azərenerji” sədrinin timsalında ölkədə baş verən nöqsanlara qarşı necə sərt və prinsipial mübarizə apardığını ortaya qoydu. Prezident dəfələrlə məmurların xalqın qulluqçuları olduğunu bildirib və hər bir məmuru məsuliyyətli olmağa çağırıb. Bu üzdən də məmurlar, nazirlər və ölkənin idarəçiliyi ilə məşğul olan insanların qarşısında konkret tələblər qoyulub. Ölkə rəhbərinin son müşavirədə bu məqama bir daha toxunması ondan xəbər verir ki, həmin xəbərdarlıqdan nəticə çıxarmayan məmurlara qarşı daha sərt tədbirlər görüləcək”.

Q.Hüseynli qeyd edib ki, prezident bütün nazirlik və komitələrin qarşısında dayanan problemlərdən xəbərdardır və buna görə də onları gecə-gündüz işləməyə dəvət edib:

“Buradan belə qənaətə gəlmək olar ki, ölkə başçısı Mingəçevirdəki qəzadan sonra məmurlarla bağlı çox ciddi və prinsipial siyasət yeridəcək. Nöqsanları və qarşıya qoyulan konkret vəzifələri qısa müddətdə aradan qaldırmağa müvəffəq olmayan məmurlar isə sərt cəzalanacaq. Ümumiyyətlə, prezident ölkə idarəçiliyi ilə bağlı çox dərin siyasi iradəyə malikdir və ortaya çıxan problemlərin həlli üçün də məmurlara kartblanş verdi. Hesab edirəm ki, hazırda prezidentin bütün situasiyaya nəzarət etməsi belə qəzaların təkrarlanması ehtimalını yox dərəcəsinə endirəcək”.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti