Həm sərhədə xarici qüvvə yığır, həm də sülh istəyir - erməni hiyləsi

İrəvanın hiyləgər siyasəti regiondakı bütün dövlətlərə təhdid yaratmaqdadır; bu cür riyakar addımlar Rusiyanı və İranı da qıcıqlandıracaq

Co Bayden hökumətinin Azərbaycana son pisliklərindən  biri də gethagetdə ABŞ və Ermənistan arasında yanvarın 15-də strateji tərəfdaşlıq haqda Xartiyanın imzalanması oldu. Həmin sənəddən yarım ay ötür. Artıq keçmiş dövlət katibi sayılan Entoni Blinken xartiya ilə bağlı bildirmişdi ki, Amerika tezliklə, bir həftəyə Ermənistana sərhəd təhlükəsizliyi ilə bağlı xüsusi qrup (əslində hərbi qrup) göndərəcək.  

Ancaq üstündən 3 həftəyə yaxın keçsə də, bunu müşahidə etmirik. Ümumiyyətlə, Tramp hökuməti həmin vədi və sənədi unuda, kənara qoya bilərmi? Trampın vəzifəyə başlamasından 15 gün ötür. Müəyyən nəticələrə gəlmək mümkünmü, yoxsa 100 günü gözləmək lazım gələcək? Belə bir qrup, hər halda, Tramp dönəmində göndərilərsə, Bakının reaksiyası necə olacaq?

Qeyd edək ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin şərtlərindən biri də (sülh sənədində razılaşdırılmayan iki bənddən biri) sərhəddən üçüncü dövlətin qüvvələrinin çıxarılmasıdır. Ancaq İrəvan əksinə, sərhədə yeni xarici qüvvələr gətirir. Bir neçə gün qabaq isə Avropa İttifaqının yarımhərbi, casus müşahidə missiyasının Ermənistanın razılığı ilə daha iki il uzadılması haqda qərar qəbul olunub.

İrəvanın həm sərhədə xarici qüvvə yığmağa davam etməsi, həm də “sülh sənədini imzalamağa hazırıq” riyakarlığı daha nə qədər sürəcək?

Çingiz Qənizadə: Prezidentin parlament qarşısında qoyduğu mühüm vəzifələr  layiqincə yerinə yetirilir - AZƏRTAC

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-la Ermənistan arasında imzalanmış xartiya ermənipərəst administrasiyanın öz mövqeyini bir daha nümayiş edirməsi idi. Bununla bir daha təsdiq etdi ki, haqlı-haqsız olaraq Ermənistanın yanındadır: “Bayden hakimiyyətindəkilərin bir çoxu birbaşa erməni lobbisi ilə işbirliyində idi. Bu işbirliyinin nəticəsi olaraq da xartiya meydana gəldi. Amma bu xartiyanın imzalanması o demək deyil ki, həmin sənəd əbədidir, dəyişilə, ləğv edilə bilməz. Ölkənin hakimiyyəti dəyişəndə ölkənin xarici siyasətində müəyyən dəyişikliklər də ola bilər. Sözügedən xartiya ABŞ-ın milli maraqlarına, dövlət maraqlarına xidmət edən sənəd deyil. O sənəd erməni diasporu və lobbisinin maraqlarına və Baydenin mənasız ermənipərəstliyinə xidmət edən sənəd kimi qəbul olunub. Ona görə də Donald Trampın o sənədi kənara qoyması ehtimalı istisna edilməməlidir. Tramp administrasiyasının siyasətinin necə olacağını yaxın zamanlarda daha aydın görəcəyik. Yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayan prezident Tramp keçən iki həftə ərzində daha çox kadr təyinatları və bundan irəli gələn işlərlə daha çox məşğul oldu. Eyni zamanda onun ilk iki həftədə imzaladığı sənədlər Ermənistanla imzalanan xartiyadan fərqli olaraq Amerika iqisadiyyatına, maraqlarına fayda verəcək sənədlər idi. Amma Trampın xarici siyasətdə hələlik ciddi addımlar atdığını görmürük. Rusiya ilə bağlı müəyyən açıqlamalar verdi, Çinlə, Kanada ilə bağlı bəyanatlar səsləndirdi. Ancaq açıqlamadan o tərəfə addımlar atmayıb. Həmçinin Cənubi Qafqaz regionu ilə bağlı Trampın açıqlamasının şahidi olmamışıq. Tramp ehtiyatlı hərəkət edəcək. Ermənistan kimi zəif bir ölkə ilə tərəfdaşlıq xartiyasının ABŞ-a nə verəcəyini yəqin Tramp müzakirə edəcək və bir nəticəyə gələcək. Hesab edirəm ki, heç 100 günü gözləməyə ehtiyac olmayacaq. Yəqin ki, yaxın bir ayda ABŞ-Ermənistan, ABŞ-Azərbaycan, ABŞ-Cənubi Qafqaz münasibətlərində nələrin gözlənildiyi istiqamətində işartıları görəcəyik”.

Ç.Qənizadə qeyd etdi ki, Ermənistanın sərhədlərinə xarici qüvvələri yığmaq istiqamətində addımları, şübhəsiz, İrəvanın sülh bəyanatlarında səmimi olmadığını sübut edir: “Ermənistanın bu cür riyakar siyasəti hesab edirəm ki, həm Rusiyanı, həm də İranı qıcıqlandıracaq. Yəqin ki, yaxınlarda İran da səsini çıxarmağa başlayacaq. Azərbaycan isə onsuz da ilk vaxtlardan mövqeyini açıq ortaya qoyub ki, bir tərəfdən sülhdən danışıb o biri tərəfdən sərhədə xarici qüvvələri müxtəlif missiyalar adı altında gətirmək siyasəti qəbuledilməzdir və İrəvanın sülhdən uzaq olmasının göstəricisidir. Ermənistan ənənəvi hiyləgərliyini davam etdirir. Ancaq region dövlətləri Ermənistanın bu riyakarlığını və hiyləgərliyini, özündən məzlum dövlət obrazını yaradıb dünyanı aldatmaq siyasətini ifşa etməlidir. Çünki bu siyasət artıq regiondakı bütün dövlətlərin marağına ziddir və onlara təhdid yaratmaqdadır”.     

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti