![]() |
|
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ermənistandakı səfiri vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb.
Axar.az xəbər verir ki, məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb. Treysinin namizədliyini Senat təsdiqləməlidir.
Qeyd edək ki, Treysi hazırda ABŞ Dövlət Departamentində Rusiya və keçmiş SSRİ ölkələri ilə iş üzrə baş müşavir vəzifəsini tutur. Bu vaxta qədər Treysi ABŞ-ın Moskvada, Aşqabadda, Astanadakı səfirinin müavini kimi çalışıb.
O, həmçinin ABŞ Dövlət katibinin Mərkəz Asiya üzrə köməkçisinin müavini olub.