Ermənistanla İsrail arasında ticarət və iqtisadi əlaqələrin inkişafı çox aşağı səviyyədədir.

Nümayəndə heyətlərinin son illərdə həyata keçirdikləri qarşılıqlı səfərlərə baxmayaraq, hərbi sahədə əməkdaşlıq yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri “Ermənistan-İsrail” ictimai forumunun həmsədri, Knessetin keçmiş deputatı Aleksandr Çinker deyib.

“Ermənistanın KTMT üzvlüyü onun digər ölkələrdən silah almasını istisna edir. Çünki Ermənistan silahları bu məsələdə bir qədər qısqanc davranan Rusiyadan almalıdır. Digər tərəfdən isə xüsusən əvvəlki hökumətlərin dövründə belə bir təəssürat vardı ki, Ermənistan Rusiyanın ardından gedir, Rusiya ilə hər hansı bir mövzuda anlaşmısınızsa, demək, İrəvanla da anlaşmışınız. İndi Ermənistanda hakimiyyətin strukturu dəyişib. Əvvəla, Ermənistan parlament respublikası olub. Hakimiyyətdə yeni baş nazir var və Ermənistanın yaxın gələcəkdə hansı siyasət xəttini izləyəcəyi qeyri-müəyyəndir. Əgər əvvəllər Ermənistanın komplementar siyasət həyata keçirdiyini deyirdilərsə, indi vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi bilinmir. Paşinyanın tez-tez Moskvaya səfər etməsi və münasibətlərin mükəmməl olması barədə bəyanatları bir sıra suallar yaradır. Hər şey mükəmməl olanda qeyri-müəyyənlik yaranır. Hər bir ölkə öz rolunu oynayır. Buna görə də ölkələr arasında həmişə müəyyən problemlər olmalıdır”.

Çinker bildirib ki, Libermanın İrəvana səfər etmək üçün obyektiv səbəbləri olmadı:

“Libermanın Azərbaycana olan xüsusi münasibətini də nəzərə alsaq, İrəvanla həqiqətən də xüsusi heç bir razılıqların olmadığı üçün yəhudi nazir Bakının qısqanmasını istəmədi. Ölkələrimiz arasında münasibətlərin inkişafı Ermənistanı sevən biri kimi məni şad edərdi. Ancaq hələlik bütün bu münasibətlər kifayət qədər aşağı səviyyədədir”, - keçmiş deputat bildirib.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti