Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir seçilməsinə dəstək olan partiya fraksiyaları artıq ondan uzaqlaşmağa başlayıblar.

Xüsusilə, Paşinyana dəstək olan “Çıxış” (Yelk) və “Çiçəklənən Ermənistan” fraksiyalarının nümayəndələri növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsünü dəstəkləməyə bilərlər. Buna səbəb isə həmin fraksiyaların Paşinyanın açıqlamalarından narazı olmalarıdır.

Axar.az xəbər verir ki, analitik Ehtiram Aşırlı məsələni Azərtac-a şərh edərkən bildirib ki, görünür, növbəti ilin yazında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə qədər Ermənistanda siyasi böhran getdikcə daha da dərinləşəcək. İrəvan meri seçkilərinin yaxınlaşdığı bir vaxtda Ermənistanda daxili siyasi mübarizə daha da gərginləşır. Belə ki, “Tsarukyan” blokuna daxil olan “Çiçəklənən Ermənistan” partiyası Paşinyan və yeni hökumətin mövqeyinə qarşı sərt tənqidlər səsləndirib. “Çiçəklənən Ermənistan” partiyasının üzvü Naira Zöhrabyan jurnalistlərə bildirib ki, baş nazir Nikol Paşinyanın bəzi siyasi qüvvələrin guya əvvəlki iqtidarla, yəni, “Respublikaçılar” partiyasının nümayəndələri ilə restoranlarda və küncdə-bucaqda gizlin danışıqlar aparması haqda sözləri xüsusi narahatlıq doğurub.

 

Hazırda Ermənistanda cəmiyyətin və siyasi qüvvələrin 2018-ci ilin yazında “məxməri inqilab” nəticəsində qurulan yeni hakimiyyəti dəstəkləyənlərə və əvvəlki hakimiyyətin tərəfdarlarına parçalanması əsas müzakirə mövzularından birinə çevrilib. Cəmiyyətin siyasi parçalanması “qaralar”ın və “ağlar”ın mübahisəli obrazında ifadə olunur. Xüsusilə, bu günlərdə İrəvan merinin seçilməsi üçün keçirilən seçkiqabağı kampaniya zamanı belə bir fikrin səslənməsi xüsusilə diqqəti cəlb edir. “Qaralar” və “ağlar” haqqında fikri baş nazir N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının İrəvan merliyinə namizədi Hayk Marutyan səsləndirib. Daha sonra isə baş nazirin özü də partiyasının merliyə namizədini dəstəkləyib və bildirib: “İrəvan merliyinə seçkilər inqilab və əks-inqilab arasında seçimdir”. Baş nazirin çıxışı kifayət qədər sərt olub. Bununla da parlament fraksiyalarının nümayəndələrini baş nazirin seçkilərin “qaralar” və “ağlar” arasında, yəni baş tutmuş inqilabın tərəfdarları və əleyhdarları arasında keçiriləcəyi haqda söylədiyi fikir böyük narazılığa səbəb olub. “Çiçəklənən Ermənistan” partiyası artıq bəyan edib ki, növbədənkənar parlament seçkilərinin lehinə səs verib-verməyəcəkləri haqda hələ fikirləşəcəkər.

“Qoy heç kim düşünməsin ki, xalqı Milli Məclisin binası önünə gətirib məni səs vermək istəmədiyim bir şeyə səs verməyə məcbur edə bilər”, – deyə deputat Naira Zöhrabyan bildirib. Onun tərəfdaşı, “Çıxış” fraksiyasının nümayəndəsi, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan da sərt fikirlər səsləndirərək onu tənqid edib. Marukyan bildirib ki, baş nazir bu bəyanata görə üzr istəməlidir.

E.Aşırlının sözlərin görə, bütün bu hadisələrin gedişi onu göstərir ki, Paşinyan çıxılmaz vəziyyətdədir. Ermənistan baş nazirinin atdığı addımlar ölkəni xaosa sürükləyir. Paşinyanın qeyri-adekvat fikirlər səsləndirməsi onun hakimiyyətinin çox uzunömürlü olmamasına gətirib çıxaracaq. Ermənistan baş nazirinin səsləndirdiyi fikirlərdən sonra onu dəstəkləyən fraksiyaların köhnə hakimiyyət nümayəndələri ilə gizli razılığa gəlməsi ehtimalı da yüksəkdir: “Belə ki, erməni iş adamı Qaqik Tsarukyanın bir müddət öncə eks-prezident Serj Sarkisyanla görüşməsi, “Çiçəklənən Ermənistan” partiyası ilə “Respublikaçılar” partiyası arasında yeni hökumətə qarşı hər hansı şəkildə əməkdaşlıq barədə razılığa gələcəkləri ehtimalının ola biləcəyini düşünürəm. Belə bir əməkdaşlığın baş tutması, heç şübhəsiz, Paşinyanın mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Hətta İrəvan meri seçkilərində onun irəli sürdüyü namizədin qalib gəlməsi belə sual altındadır. Paşinyanın İrəvan meri seçkilərində məğlub olması onun hakimiyyətdəki mövqeyinin daha da zəifləməsi və tərəfdaşlarının da ondan uzaqlaşması deməkdir. Görünür, “bu dəyirmanın xəmiri hələ çox su aparacaq!”.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti