1994-cü il sentyabrın 20-də Azərbaycan və dünyanın tanınmış neft şirkətləri arasında imzalanan “Əsrin müqaviləsi” əsas tarixi hadisələrdən biridir.

 

Bu sözləri Axar.az-a “Əsrin müqaviləsi”nin 24 illiyi ilə bağlı danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili “Əsrin müqaviləsi”nin imzalanmasının və onun tarixinin Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyib:

“Azərbaycan bu mühüm müqaviləni çox ağır zamanlarında imzaladı. Həmin dövrdə “Əsrin müqaviləsi”nin imzalanmasına mane olan qüvvələr həddindən artıq çox idi. Çünki layihənin reallaşması həmin qüvvələri çox narahat edirdi. Nəhayət, ulu öndər Heydər Əliyev ölkəmizə qarşı bütün bu maneələri dəf etdi və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu nəhəng layihə iqtisadi cəhətdən Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki məhz bu müqavilə sayəsində Azərbaycanın neft-qaz sənayesinə külli miqdarda investisiyalar yatırıldı. Bu investisiyaların müəyyən hissəsi də ölkənin qeyri-neft sektoruna yönəldildi”.

Millət vəkili layihənin iqtisadi tərəfləri ilə yanaşı, siyasi əhəmiyyətinə də xüsusilə diqqət çəkib:

“Birincisi, bu layihə imzalandıqdan sonra iri dövlətlərin Azərbaycana maraqları həddindən artıq artdı. İkincisi, 1995-ci ildə ölkədə yaranan bir neçə dövlət çevrilişinin qarşısı alındı. Azərbaycanda stabilliyin bərpa olunması ölkəmizə maraq göstərən dövlətlər üçün də mühüm idi. Buna görə də “Əsrin müqaviləsi” Azərbaycanın müstəqillik tarixində böyük əhəmiyyətə malikdir. Müqavilənin 2050-ci ilə qədər uzadılması da olduqca təqdirəlayiqdir. Hazırda 21-ci əsrin müqaviləsi olan TANAP və TAP layihəsi də məhz Prezident İlham Əliyev təşəbbüsü sayəsində həyata keçirilir. Bu müqavilələr tarixi əhəmiyyətlidir və Azərbaycanın müstəqilliyi, iqtisadi inkişafının yüksək səviyyədə aparılması üçün çox böyük önəm daşıyır”.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti