Ermənistanda aprel ayında baş verən hadisələrdən sonra hakimiyyətə gələn Nikol Paşinyan baş nazir olduğu ilk gündən sərsəm fikirləri və Azərbaycanın əleyhinə səsləndirdiyi cəfəng iddiaları ilə küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut etdi. Azərbaycan bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirdi. Çünki Ermənistanda hamının bildiyi bir gerçəklik var ki, əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, Cənubi Qafqazda bu dövlətin mövcud olması mümkün olmayacaq.

 

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistan əhalisinin əksəriyyəti lazımi əşyalarını toplayaraq ölkədən qaçmağa hazırlaşırdı. Siyasi çərənçiliyi ilə hər kəsi bezdirən Paşinyan küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti elə küçə siyasəti vasitəsilə də əlində saxlamağa çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə isə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı verdiyi bəyanatları özünə siyasi sipər etmək istədiyini deyən Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla yeni müttəfiqlərlə əməkdaşlıq edir, digər tərəfdən isə ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə qaldırır. Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edərkən bir daha işğalçı dövlət olan Ermənistana 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt döyüşlərini xatırladaraq Azərbaycan Ordusunun nəyə qadir olduğunu düşmənin yadına saldı. Dövlətimizin başçısı qeyd etdi ki, bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda dura bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.

“Yaxşı olar ki, Paşinyan özünün sərsəm açıqlamaları əvəzinə Azərbaycan tərəfinin bu qətiyyətli addımlarını nəzərə alsın və torpaqlarımızı işğaldan azad etmək barədə düşünsün. Əks təqdirdə, onu sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər”, - deyə Hikmət Babaoğlu vurğulayıb.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti