Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub.

 

Axar.az xəbər verir ki, mübahisə bu dəfə Ermənistanın Respublikaçılar Parityasından olan deputat Armen Aşotyanla Baş nazir Nikol Paşinyan arasında yaşanıb. Belə ki, Aşotyan parlamentdə çıxışı zamanı Paşinyanın son mitinqdə etdiyi çıxışa diqqəti yönəldib:

“Siz son mitinqinizdə “Onlar əraziləri verməyə gəliblər. Mən bunu sənədlər əsasında bilirəm. Ona görə ki, kimin nə dediyini görürəm” ifadələrini işlətmisiniz. Mən məktub yazaraq sizdən xahiş etdim ki, danışıqların hansı mərhələsində belə bir şeyin olmasını dəqiqləşdirəsiniz. Siz dediniz ki, danışıqların məxfiliyini pozmaq haqqına sahib deyilsiniz. Mən Serj Sərkisyana müraciət etdim və öyrəndim ki, onun dönəmində danışıqlarda hər zaman əsas məsələ Qarabağın statusu məsələsi olub”.

Bundan sonra Paşinyan Aşotyanın ittihamlarına cavab verib:

“Danışıqlar masasında heç vaxt Qarabağın statusunu zəmanət altına alacaq və dəqiq göstərəcək variant olmayıb. Siz bunu bilirsiniz. Son illər isə Qarabağın statusu daha çox kənara atılmağa başlanılıb. Mən vərəsəliklə Qarabağın statusu haqqında heç bir şeyin olmadığı variantı əldə etmişəm. Bu variantda yalnız Azərbaycanın ərazilərini geri qaytarmaq yer alır. Bunu rəsmi şəkildə sizə deyirəm. Mən demirəm ki, bu sənəd imzalanıb. Deyirəm ki, bu danışıqlar masasındakı son variantdır. Demişəm və deyirəm ki, Qarabağın iştirakı olmadan məsələnin həlli mümkün deyil”.

Aşotyan bundan sonra Paşinyana yenidən müraciət edərək, onun fikri ilə razılaşmadığını deyib. O, daha sonra Paşinyana ritorik sual verib?

“Əgər Paşinyanın dedikləri həqiqətdirsə və həqiqətən Azərbaycan üçün belə sərfəli variant müzakirə edilibsə, o zaman aydın deyil ki, Bakı niyə bunu qəbul etməkdən imtina edib?”

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti