Son seçkilər Avropada miqrantlara qarşı nifrət tendensiyasının hələ də davam etdiyini göstərdi.

 

Xəbər verildiyi kimi, İsveçin ultramillətçi “Isveç demokratları” son seçkilərdə 17,8% səs toplayaraq parlamentdə önəmli güc əldə etdilər. Nəzər almaq lazımdır ki, Avropanın ən mülayim ölkəsində ilk dəfə sağ partiyalar sosial demokratların hegemonluğuna son verə bilərlər.

Musavat.com xarici mətbuata istinadən mərkəz sağçı “Sağ mülayim koalisiya” 40% səs qazandığını xəbər verir. Əgər mərkəzçilər “İsveç demokratları” ilə koalisiyaya getsə bu Avstriyadan sonra radikalların hökumətə daxil olduğu ikinci hal olacaq.

Məlum olduğu kimi, Avstriyada kansler Sebastyan Kurtsun Xalq partiyası Haynts Kristian Ştraxenin rəhbərlik etdiyi ultramillətçi Azadlıq partiyası iə koalisiya qurub.

“İsveç demokratları”nın qələbəsini isə siyasi ekspertlər əbədi və dəyişməz miqrantlar mövzusuyla bağlayırlar. Təkcə 2015-ci ildə Avropanın 10 milyonluq əhalisinə sahib olan bu ölkəsi 160 mindən çox miqrant qəbul edib.

Hələ seçkidən öncə Lunds universitetinin professoru Anders Sannerstedin “Kommersant”a dediyi kimi, adətən bu vaxa qədər İsveç seçkilərində iqtisadi siyasət, işsizlik, rifah, yaşlı adamlara qayğı, təhsil kim problemlər müzakirə olunurdusa , indi ən çox böyük şəhərlərdə formlaşan kriminal qruplaşmalardan, miqrantların ölkəyə gətirdiyi problemlərdən danışırlar.

Картинки по запросу sweden elections migrants

İsveç mətbuatı isə millətçilərin yığdıqları səslərin bütün Avropa üçün həyəcan siqnalı olduğunu yazır. Britaniyanın “The Guardian” qəzetini yazıdğı kimi, “İsveç demokratları”nın qələbəsi sabit Avropa düzənini pozmaq gücündədir.

“Çiçəklənən, liberal və tolerant İsveç real siyasi gücə çevrilən populist müqavimətin fonunda naməlum sulara daxil olub”, -qəzet yazır.

Qeyd olunur ki, İsveç demokratları 1988-ci ildə marginal qrup kimi neofaşistlər tərəfindən yaradılıb.

Partiya Avropa Parlamentində Polşanın “Hüquq və ədalət”, habelə Britaniya mühafizəkarları ilə birlikdə “Avropa mühafizəkarları və islahatçıları alyansı”na daxildir.

Partiya lidir Yimmi Akesson əvvəllər mötədil partiyanın üzvü olub. Lakin sonradan İsveçin Avropa Birliyi ilə üzvlük məsələsində partiyası ilə tərs düşüb.

Картинки по запросу sweden elections 2018 sweden democrats

Yimmi Akesson

İsveçli siyasətçi indinin özündə də Avropa Birliyinin perspektivinə şübhə ilə yanaşdığını bildirir. O, “Bloomberg” agentliyinə verdiyi müsahibədə AB-nin 10 il sonra parçalanacağını belə söyləyib.

Lakin digər sağ millətçilərdən fərqli olaraq Akesson Moskva ilə əlaqələr qurmayıb və hətta Rusiyanı İsveçin tarixi rəqibi hesab edir.

İsveçli siyasətçi Avropa millətçiləri üçün az qala kumir sayılan Donald Trampa da çəkingən yanaşır. Mətbuatın qeyd etdiyi kimi, Trampa İsveçdə o dərəcədə nifrət edirlər ki, Akesson bunu nəzərə almaya bilməz.

Картинки по запросу jimmie akesson donald trump

Bundan başqa, Yimmi Akesson Trampın keçmiş müşaviri, Avropa millətçilərininn ideoloqu sayılan Stiven Bennonla da o qədər də arası yoxdur.

Hər halda baş verənlər həm İsveçin özündə, həm də Avropada ciddi təlatüm yaradıb.

İsveçin keçmiş baş naziri Karl Bildt “Avropanın inkişafının İsveç modeli haqqında əfsanəsinin artıq bitdiyini, ölkəsinin radikallaşan baxışlarla "qoca qitə"nin qalan hissəsinə qoşulduğunu bildirir. 

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti