Yeni dərs ilin başlanmasına hazırlıqlar sürətlə davam edir.

Şəhərdə canlanmanın və xüsusi təlaşın şahidi oluruq. Tələbə adını qazanıb paytaxt Bakıya gələnlərin isə bir əsas problemi var: kirayə ev tapmaq.

Əslində istədiyin şərait və qiymətdə kirayə ev tapmaq asan məsələ deyil. Tələbələr həm rahat, həm oxuduğu təhsil müəssisəsinə yaxın, həm də qiymətcə münasib ev arayışındadır. Belə bir şəraitdə isə aldanmadan istədiyin mənzili tapmaq mümkündürmü?

Teleqraf.com mütəxəssislərə müraciət edərək kiçik bir araşdırma aparıb.

Ekspertlərin rəyini öyrənməzdən əvvəl kirayə ev axtarışı üçün Nəriman Nərimanov rayonu ərazisində bir neçə ev alqı-satqı ofislərinə üz tutduq. Söhbətləşdiyimiz maklerlər qeyd edirlər ki, hazırda kirayə ev tapmaq müşkülə çevrilib. Kirayə üçün tələbələrin daha çox müraciət etdiyini söyləyən maklerlər qıtlığa səbəb kimi ərazidə aparılan söküntü işlərini göstərirlər.

Bəziləri qeyd edir ki, ötən illə müqayisədə qiymət artımı yoxdur, sadəcə, bu ərazidə yaşamaq istəyən insanlar çoxaldığı üçün ev tapılmır. İnternet üzərindən əlaqə saxladığımız maklerlər də uyğun qiymət və şəraitli ev üçün gözləməli olacağımızı bildirdilər.

Bəs belə şəraitdə nə etməli? Aldanmamaq üçün kimlərə müraciət etməli?

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının fikrincə, bu proses bazar üçün xarakterikdir və qısa müddəti əhatə edir: "İllərdir Bakı şəhərində dövri olaraq bu prosesi müşahidə edirik. Tələbələr iyun ayında tədris ilinin yekunlaşması ilə əlaqədar rayonlara qayıdır, kirayə mənzil bazarında təklif artır, qiymətlər azalır. Avqust ayının 2-ci on günlüyündən etibarən isə yenidən müraciətlərin sayı kəskin çoxalmağa başlayır və proses sentyabr ayının sonlarına qədər davam edir. Bu qısa dövrdə kəskin, yəni 20-25 faizlik qiymət artımı müşahidə olunur".

Ekspertin fikrincə, Azərbaycanda, xüsusən də Bakı şəhərində kirayə mənzil bazarında qiymət artımını tənzimləmək üçün bu prosesə sahibkarları cəlb etməyə ehtiyac var: "Kirayə bazarında qismən ucuz təklifləri artırmaq üçün yataqxana tipli, ucuz obyektlərin tikintisi yaxşı olardı. Bu, həm də kifayət qədər gəlirli sahədir və bir sıra ölkələrdə sınaqdan keçirilib. Hesab edirəm ki, sahibkarlar bu prosesə cəlb edilməlidirlər".

İllərdir tələbələr arasında rast gəlinən bir problem də var ki, bu, kirayəçilər arasında oğlan yox, qız tələbələrə üstünlük verməsidir. Bu səbəbdən oğlan tələbələr ya gec ev tapır, ya da istədiyi ərazidə, şəraitdə yaşaya bilmirlər. Bunu ekspert də təsdiq edir: "Ümumi mənzərə belədir ki, kirayə verənlər daha çox qızları üstün bilirlər. Bunun səbəbləri mənzilin təmiz saxlanması, gigiyenik qaydalara riayət olunması, evə vaxtında gəlmə, qonşuları narahat etməmək və sairədir ".

İndiki qiymət artımlarının mövsümi xarakter daşıdığını vurğulayan Ramil Osmanlı sözünə belə davam edir: "Kirayə bazarında təklif portfelinin daralmasına təsir göstərən konkret amillər olmadıqda, böyük ərazilərdə söküntü işləri aparılmadıqda kirayə bazarında kəskin qiymət artımı müşahidə etmirik.

Son illər turistlərin gəlişi ilə əlaqədar qiymətlərin 2 və 2.5 dəfə artımı müşahidə olunub ki, bu, təbii prosesdir. Çünki həmin kirayə evlərin qiyməti turistlərin tələbi ilə artır. Amma ucuz, xüsusən də, tələbələr üçün əlçatan mənzil və fərdi yaşayış evlərində qiymət dəyişimi müvəqqətidir və bunu təbii qəbul etmək lazımdır".

Bəs bazarın belə qarışıq olduğu dövrdə tələbələr kimə müraciət etməlidir?

Ramil Osmanlı deyir ki, tələbələr, sözsüz, rieltorlara müraciət etməyə məcburdurlar: "Məsələ burasındadır ki, Bakıda ucuz evlər daha çox kənarda olduğuna görə şəhərdən qıraqda fəaliyyət göstərən rieltorların bir hissəsi səyyar işləyir. Onlarla işgüzar münasibət çox vaxt o qədər də uğurlu alınmır".

Ekspert məsləhət görür ki, ev sahibi ilə razılaşmadan rieltora xidməthaqqı ödəməsinlər: "Misal üçün, rieltor tələbəyə vəd edir ki, 300 manatlıq evi sənin üçün 250 manata tapacam. Amma əvvəldən 50-100 manat hörmət et. Belə hallara adlanmasınlar, evi görsünlər, baxsınlar, qiyməti birbaşa evin sahibi ilə razılaşsınlar. Bundan sonra rieltora xidmət haqqını ödəsinlər".

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev də kirayə evə tələbatın artdığını və hər il rast gəlinən bu halı normal qarşılamağı lazım bilir: "Qiymətlərə gəldikdə, istənilən halda normal mənzildə qalan bir tələbəyə düşən xərc təxminən 100 manat civarında olur. Əksər tələbələr evləri şərikli götürürülər. 300 manata kirayə ev götürüb 3 nəfər qalır, bu da xərclərin azalmasına xidmət edir".

Ekspertin fikrincə, kirayə bazarında gərginlik yaradan faktorlardan biri də şəhərdə aparılan söküntü və tikinti işləridir: "Sökülən köhnə binalarda kirayə mənzillər olurdu və ucuz mənzil seqmentinə aid idi. Hazırda bu mənzillər dövriyyədən çıxır. Əlavə olaraq, sökülən binalardakı insanların özləri də kirayəyə çıxır, bu da bazarın gərginləşməsinə gətirir ".

Kirayə bazarındakı bir ənənəni xatırladan ekspert deyir ki, əvvəllər xüsusi yerlər olurdu, misal üçün, parka çıxıb kirayə ev axtarırdılar. İndi bu, müəyyən mənada onlayn elanla əvəz olunmağa başlayır: "Onlayn elanların mövcudluğunu normal qarşılamaq lazımdır. Kirayə verən ya maklerlərə müraciət edir, ya da onlayn elan yerləşdirir. Əslində heç parkda durub kirayə təklif etmək də etibarlı vasitə deyil. Amma onlayn qayda kirayə verən və axtaranlara daha etibarlı şərait yaradır ".

Texnologiyanın inkişaf etdiyi, sosial şəbəkələrin üstün olduğu bir dövrdə onlayn elan və internet üzərindən evlərin kirayə verilməsi halları doğrudan da son zamanlar artıb. Xüsusən son 15-20 gün ərzində elə bir sosial şəbəkə istifadəçisi tapılmaz ki, qarşısına evlərlə bağlı elan çıxmasın.

Bu, müəyyən mənada rahatlıq yaratsa da, bəzən problemlərə də gətirib çıxarır. Sosial şəbəkə vasitəsilə evlərin satışı ilə məşğul olan Nazim Kəlbəliyev deyir ki, ötən illə müqayisədə müştərinin istəyinə uyğun ev tapmaq çətinləşib. Onun sözlərinə görə, müraciət edənlərin çoxu tələbə və tələbələrin valideynləridir.

Qiymətlərin ərazilərə görə dəyişdiyini qeyd edən Nazim Kəlbəliyev deyir ki, misal üçün, “Elmlər Akademiyası” metrosuna yaxın ərazisində ikiotaqlı kirayə evi yeni tikililərdə 550-600 manat, köhnə binalarda isə 400-500 manata tapmaq belə, bəzən çətin olur.

Bütün bunlarsa dərs ilinin əvvəlində müşahidə olunan durumdur. Az sonra kirayə bazarı sakitləşəcək. Görünür, tələbə yataqxanaları və ya ucuz kirayə binalarının tikilməsi yönündə düşünmək lazımdır.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti