İdliblə bağlı yeganə ümid Putinlə Ərdoğanın təkbətək görüşünədir.

 

Bu sözləri Axar.az-a Putin-Ərdoğan görüşü ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq İdlib məsələsində prinsipial razılaşmanın hələ Astana görüşündə əldə olunduğunu qeyd edib:

“Suriya ərazisində uçuş qadağan edilmiş dörd zona müəyyənləşdirilmişdi ki, onlardan biri də İdlib vilayəti idi. Rusiya tərəfindən faktiki olaraq Astana görüşünün müddəaları pozulmaqdadır. Türkiyə tərəfi Rusiya ilə əlaqəyə girib bu məsələ ətrafında fikir mübadiləsi aparsa da, hələ ki konkret bir nəticəyə gəlinməyib. Ona görə də İdliblə bağlı yeganə ümid Putinlə Ərdoğanın təkbətək görüşünədir. Bəzi rus politoloqları bu görüşdə razılıq əldə ediləcəyinə və Türkiyənin maraqlarına toxunulmayacağına əminliklərini ifadə ediblər. Ancaq İdliblə bağlı kompromis bir qərarın alınmasına yüz faiz təminat vermək olmaz. Çünki Rusiya Hmeymim və Tartus bazasının taleyini nəzərə alaraq, bölgədəki maraqlarına ciddi təhlükə yarandığını və bu təhlükənin də guya siyasi müxalifətin içərisində Əl Qaidəyə yaxın olan Nüsrə Cəbhəsindən gəldiyini bildirir. Ancaq bütövlükdə müxalifətin böyük bir hissəsini Suriya Azadlıq Ordusu və bilavasitə Türkiyənin təlim keçdiyi qüvvələr təşkil edir”.

Politoloq bildirib ki, Putinlə Ərdoğan arasında prinsipial razılaşma əldə olunarsa, vəziyyəti nizamlamaq mümkün olacaq:

“Ancaq tərəflərin İdlib məsələsində razılaşmaya sona qədər əməl etməməsi təhlükəsi də var. Çünki ABŞ gəmiləri artıq Suriya sahillərinə yaxınlaşmaqdadır və bu faktor Rusiyanı razılaşmaya əməl etməkdən çəkindirə bilər. Hər halda Rusiyanın bölgəyə qoşun yeritməsi də çox təhlükəli hərbi qarşıdurmadan xəbər verir. Türkiyənin bu avantürist siyasətə qoşulması və bundan zərər çəkməsi isə qəti arzuolunmazdır. Ona görə də Türkiyə bu prosesdə ayıq olmalıdır”.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Tehranda təkbətək görüşəcəyini açıqlayıb.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti