![]() |
|
Almaniya Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasına çalışır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.
“Türkiyə bizim üçün çox mühüm ölkədir. Rəsmi Ankara Berlinin vacib tərəfdaşıdır”, - Maas bildirib.
O, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlinə səfəri zamanı Türkiyədəki insan haqları məsələsinin də müzakirə ediləcəyini deyib.