Elçin Mirzəbəyli: “Azərbaycanın qırmızı cizgiləri bəllidir”.

 

Avqustun 30-da Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana iki günlük səfəri başlayıb.

Hər kəsə məlumdur ki, Gürcüstanı qazla təmin edən əsas ölkə Azərbaycandır. Belə iddialar var ki, qarşıdan gələn qış fəslinə hazırlaşan Gürcüstanın bu hazırlıqlar çərçivəsində rəsmi Bakıya “işi düşüb”. Səfər çərçivəsində əsas müzakirələr qaz alqı-satqısı ilə bağlı olacağı ehtimal edilir. Eyni zamanda, ölkələrarası böyük layihələr və digər sahələr üzrə əməkdaşlıq var ki, bunların da müzakirəsi istisna deyil.

M.Baxtadzenin səfəri ilə bağlı gündəmə bir çox məsələlər gəlib. Bunların da əsasını rəsmi Tiflisin Azərbaycana qarşı son zamanlar etdiyi sayğısızlıq, oradakı soydaşlarımızın problemlərinə olan biganə münasibəti və Azərbaycan qazının hesabına dövlət kimi ayaqda qalmasına baxmayaraq, ermənilərlə yüksək səviyyəli əlaqələrini davam etdirməsi, hətta bəzi vaxtlarda xristian təəssübkeşliyindən çıxış edərək erməniləri bizdən öndə tutmaları təşkil edir.

Ekspertlər yuxarıda qeyd etdiklərimizi önə çəkərək hesab edirlər ki, Gürcüstanın Azərbaycana olan mövqeyini dəyişmək üçün Bakıda gürcü baş nazirin qarşısına konkret şərtlər qoyulmalı, ölkəsinə yönəlik tələblər səsləndirilməlidir.

Politoloq Elçin Mirzəbəyli bu səfərin tanışlıq xarakteri daşıdığını düşünür: “Bu səfər Mamuka Baxtadzenin baş nazir postunda Azərbaycana ilk səfəridir və çox güman ki, tanışlıq xarakteri daşıyır. Rəsmi məlumatlarda müzakirə olunan məsələlərin bəzi istiqamətləri açıqlanıb. Azərbaycanla Gürcüstan arasında nəqliyyat, enerji, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdəki əlaqələrin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu sıraya təhlükəsizlik məsələlərini də əlavə etmək düşünürəm ki, doğru olar. Baxtadzedən öncəki iki baş nazirin - İrakli Qaribaşvilinin və Georgi Kvirikaşvilinin Gürcüstan hökumətinə rəhbərlik etdikləri dövrlərdə rəsmi Tiflisin davranışlarına strateji müttəfiqlik prinsiplərinə uyğun gəlməyən çalarlar özünü büruzə vermişdi. Bu amil Georgi Kvirikaşvilinin baş nazirliyi dönəmində özünü daha qabarıq şəkildə göstərmişdi. Baxradzenin baş nazir kimi prioritetləri avrointeqrasiya, münaqişələrin sülh yolu ilə həlli, təhsil sisteminə sərmayələrin cəlb edilməsi və innovativ iqtisadiyyatın qurulmasıdır. Bu prioritetlər, xüsusilə də təhsil və iqtisadiyyatla bağlı istiqamətlər Baxtadzedən öncə Azərbaycan tərəfindən elan olunub və sadalanan istiqamətlərdə əməkdaşlıq üçün ciddi prioritetlər var. Azərbaycanın qırmızı cizgiləri bəllidir və bu cizgilərin keçilməsi ciddi etimadsızlıq mühiti yarada bilər. Bu isə münasibətlərin inkişafına mane ola biləcək çox ciddi faktordur”.

Mamuka Baxtadze İlham Əliyev ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, Mamuka Baxtadze sələflərinin etimadsızlığa səbəb ola biləcək qeyri-səmimi davranışlarından və manevrlərindən nəticə çıxarıb: “Öncə qeyd edim ki, Gürcüstanın enerji və nəqliyyat layihələri üzərindən hər hansı bir formada manevr etmək imkanı yoxdur. Bu layihələr beynəlxalq status daşıyır, Gürcüstanın bir dövlət olaraq bununla bağlı müvafiq öhdəlikləri var və bu öhdəliklərin pozulmasını təsəvvür etmək belə mümkün deyil. Hər iki ölkə qeyri-enerji sektorunda əməkdaşlığı genişləndirə bilərlər. Prinsipcə, Azərbaycan bu gün də Gürcüstanın ən böyük investoru statusundadır. Gürcüstanın Azərbaycandakı investisiyaları haqqında isə danışmaq mümkün deyil. Çünki bu investisiyalar demək olar ki, yoxdur. Hazırda Azərbaycanın özünün investisiyalara ehtiyacı var. Bu istiqamətdə şübhəsiz ki, müvafiq addımlar atılır, amma bu prosesin genişləndirilməsi və sürətləndirilməsi olduqca vacibdir. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın bütün resursları iqtisadiyyatın diversifikasiyası prosesinə cəlb edilməlidir. Gürcüstan hökuməti və bu hökumətin uzun illər boyu QHT sektorunda çalışan üzvləri başa düşməlidirlər ki, Azərbaycan donor təşkilatı deyil və ölkənin bütün gəlirləri ilk növbədə öz iqtisadiyyatına cəlb olunacaq. Azərbaycanın təşəbbüsçüsü və əsas lokomotivi olduğu enerji layihələri Gürcüstan üçün sabit maliyyə mənbəyidir. Bundan daha çoxunu əldə etmək üçün isə səmimi olmaq, tərk tökmək, əmək sərf etmək lazımdır”.

elçin mirzəbəyli ile ilgili görsel sonucu

E.Mirzəbəyli qaz məsələsinin gündəmə gətirilməsinə əsas görmür: “Gürcüstanın təbii qazla təmin edilməsi ilə bağlı məsələnin həll olunduğunu düşünürəm. Bu məsələnin yenidən gündəmə gətirilməsi üçün hər hansı bir əsas yoxdur. Ermənistanla bağlı münasibətlərə gəldikdə isə, Tiflisin bu münasibətləri indikindən daha irəli aparmaq şansı yoxdur. Hansı müstəvidə aparılacaq bu münasibətlər irəli? Ermənistan Gürcüstana nə verə bilər? Heç nə. Paşinyan bu gün ölkəyə investisiya cəlb etmək üçün az qala diz çöküb yalvarır, amma yenə də nəticə əldə edə bilmir. Gürcüstanın isə daha öncə qeyd etdiyim kimi özünün investisiyaya ehtiyacı var. Azərbaycanla Gürcüstan arasında təmasların artması müsbət hadisədir və bu dialoqun daimi olması hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycanla Gürcüstan qeyri-enerji sektoru sahəsində də yaxından əməkdaşlıq edə, birgə müəssisələr yarada və Avropa İttifaqı ölkələrindən bu prosesə investisiyalar cəlb edə bilərlər. Almaniyanın kansleri Angela Merkelin hər iki ölkəyə səfəri və aparılan müzakirələrin nəticəsi də belə düşünməyə imkan verir”.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti