Azərbaycanın “Rus NATO-su”na üzvlük ehtimalı düşmən ölkədə təlaşı artırıb;

Ermənistan məsələdə Moskvanın iradəsi əleyhinə gedib veto qoymaqla hədələdi; Kremlə qarşı daha bir de-marş: İrəvanda Rusiya telekanallarının yayımını dayandırmaq tələbləri səsləndi...

Bir neçə gün öncə Azərbaycan parlamentinin komitə sədri Əli Hüseynli verdiyi müsahibədə ölkəmizin “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü istisna etməmişdi. Hökumətyönlü deputatın bu açıqlaması dərhal işğalçı Ermənistanda rəsmi Bakının mövqeyinə yaxın mövqe sayılaraq, ciddi təlaş yaratdı. Erməni ekspertlər həyəcan təbili çalmağa başladılar ki, belə bir şey reallaşarsa, bu, Ermənistanın maraqlarına zərbə olacaq, çünki onun regionda Rusiya üçün önəmi və Dağlıq Qarabağ məsələsində mövqeyi zəifləyəcək.

Bundan bir qədər sonra məlumat yayıldı ki, KTMT-nin nizamnaməsinə dəyişikliklər hazırlanır. Dəyişikliklərə görə, KTMT yanında müşahidəçi ölkə statusu təsis ediləcək. Bu, işğalçı ölkədə narahatlığı bir qədər də artırdı. Erməni tərəf ehtiyatlanır ki, Azərbaycan aralıq mərhələdə məhz müşahidəçi ölkə kimi blokda təmsil olunacaq, az sonra isə üzvlük reallaşacaq.

*****

KTMT ile ilgili görsel sonucu

Əslində Rusiya çoxdan Güney Qafqazın açar ölkəsi olan Azərbaycanı KTMT-yə qoşmaq, bununla da onun Qərbə yolunu birdəfəlik bağlamaq istəyir. Hərçənd Azərbaycan Qoşulmamaq Hərəkatının üzvüdür və balanslı xarici siyasətə üstünlük verməkdə davam edir. Bununla belə, düşmən ölkədə ən yüksək səviyyədə təlaş qalır. Moskva-İrəvan münasibətlərinin hazırda qəliz dönəm yaşadığı nəzərə alınarsa, bu təlaş ikiqat anlaşılan sayıla bilər. Ancaq müşahidə olunan budur ki, İrəvan Moskva ilə əlaqələrdə gərginliyi azaltmaq əvəzinə bunun əksini edir. Bu da növbəti fakt.

“Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsinə baxılsa, Ermənistan özünün veto hüququndan istifadə edəcək. Çünki üzvlük məsələsində konsensus olmalıdır”. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib. O, Azərbaycanın “Rus NATO-su”na üzvlüyü ilə bağlı həqiqətən analitik çevrələrdə müzakirələr getdiyini, lakin bunun ehtimali məlumatlara əsaslandığını söyləyib.

KTMT ile ilgili görsel sonucu

Qeyd edək ki, Rusiya nəşri “Moskovsky Komsomolets” qəzeti srağagün KTMT-nin üzvlərinin əksəriyyətinin Azərbaycanın namizədliyinə səs verəcəkləri halda Ermənistanın vetosunun ciddiyə alınmayacağını yazıb. Kremlə yaxınlığı ilə seçilən qəzet Ermənistanın veto hüququnun Azərbaycanın ittifaqa üzvlüyünə əngəl olmadığını vurğulayıb.

*****

Əslində Ermənistan XİN rəsmisi hüquqi baxımdan yanlış bir şey söyləməyib. Bloka üzvlük məsələsində həqiqətən konsensus tələb olunur. Lakin işğalçı ölkənin Rusiyanın satelliti və bölgədəki forpostu olduğunu, yəni faktiki real suverenliyə və söz sahibliyinə malik olmadığını nəzərə alsaq, xanım Nağdalyanın açıqlaması absurd görünür. Niyə?

xaçaturov ile ilgili görsel sonucu

Əvvəla ona görə ki, satellit Ermənistanın əsas varlıq qarantı olan Rusiyanın, həmçinin blokun digər üç üzvünün məsələdə iradəsi qarşısında çətin ki, İrəvan ortaya iradə qoyub onlara qarşı gedə bilsin. Ermənistan XİN-in yuxarıdakı bəyanatı bu mənada vur-tut, rəsmi İrəvanın özünü “suveren dövlət”in paytaxtı kimi göstərmək üçün etdiyi uğursuz cəhddən başqa bir şey deyil.

Bu, eyni zamanda Paşinyan iqtidarının Yuri Xaçaturov qalmaqalının ardınca Kremlə qarşı növbəti de-marşı sayıla bilər. Yeri gəlmişkən, srağagün Ermənistanın apelyasiya məhkəməsi KTMT baş katibi Yuri Xaçaturova qarşı həbs cəzasını qüvvədə saxlayıb. Bu da Rusiyaya növbəti dəfə “buynuz” göstərməkdir. Nədən ki, Moskva Xaçaturova qarşı cinayət işi açılmasına görə əvvəlcədən erməni rəhbərliyinə qəzəbli idi.

O ki qaldı Azərbaycanın “Rus NATO-su”na üzvlüyünə, rəsmi Bakı bu blok üçün əldən getmir. Bəlkə də müşahidəçi statusu barədə düşünmək olar. Bütün hallarda Azərbaycan üçün ən önəmlisi - bloka üzvlüyün ona nə verəcəyidir. Təbii ki, işğal faktı dura-dura, Azərbaycan təcavüzkarla eyni hərbi təşkilatda, hərbi müttəfiqlər kimi təmsil oluna bilməz. Rəsmi Bakı bu mövqeyini bir neçə dəfə, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovun dilindən ortaya qoyub. Öncə torpaqların bir qismi qeyd-şərtsiz işğaldan azad edilməlidir. Odur ki, top Azərbaycanın yox, Rusiyanın meydanındadır.

*****

Bur arada Ermənistanda anti-Rusiya isteriyası güclənib. Bu dəfə Rusiya telekanallarının işğalçı ölkə ərazisində yayımının dayandırılması tələb olunur. “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am saytında bununla bağlı yazıda deyilir: “Rusiya telekanallarının Ermənistan ərazisində yayımı qadağan edilməlidir. İndiki vəziyyətdə Rusiyanın dövlət telekanalları Ermənistanın efir vaxtından çıxarılmalı və yalnız peyk vasitəsilə buna xüsusi marağı olanlar üçün əlçatan olmalıdır. Bu, olduqca vacibdir. Çünki həmin kanallar müharibə vasitəsindən, kütləvi qırğın silahından, beyinləri ”yuyan" təbliğat maşın silahından savayı bir şey deyil".

İlgili resim

“Yeni Müsavat” bu yerdə xatırladır ki, iki gün öncə Rusiyanın NTV telekanalı Ermənistanın eks-prezidenti, Paşinyan iqtidarının qatı rəqiblərindən olan Robert Köçəryanla müsahibəni efirə verib. Müsahibədə Köçəryan indiki hökuməti sərt tənqid edir, Paşinyanı populizmdə suçlayır, inqilabçılığı pisləyir, ölkəni yaxşı günlərin gözləmədiyini deyir.

Əlavə edək ki, bir qədər öncə Ermənistanda rus dilinin istifadə dairəsini məhdudlaşdırmaqla bağlı Ermənistanın qərbyönlü təhsil naziri Araik Arutunyan çağırış eləmişdi... Sözsüz ki, bütün bunlar Moskvada, yumşaq desək, məmnunluq yaratmır və Paşinyan iqtidarı üçün “x günü”nü yaxınlaşdırır...

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti