İqtidar sabiq başçıya son jestini etdi;

onun ayağa qalxmasını gözlədi və Elmar Vəliyevlə bundan sonra vidalaşmağı lazım bildi; yeni icra başçısı Niyazi Bayramov haqda müsbət rəylər var  

Avqustun 28-də prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin işdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Elə həmin gün ölkə başçısı başqa bir sərəncamla Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib. E.Vəliyev iyulun 3-də silahlı hücuma məruz qaldıqdan sonra başından ağır güllə yarası almışdı və iki aya yaxındır ki, müalicə olunurdu.

Elmar Vəliyevin işdən çıxarılması və digər vəzifəyə təyinat almaması onun səhhətindəki problemlərlə əlaqələndirilir. Son günlər saytlarda və sosial şəbəkələrdə onun müalicə aldığı tibb müəssisəsində sərbəst gəzməsini və yemək yeməsini əks etdirən video görüntülərin yayılması tezliklə yenidən iş başına qayıdacağı ehtimallarını artırmışdı. Amma belə görünür ki, E.Vəliyevin səhhəti onun yenidən icra başçısı kürsüsünə qayıtmasına imkan verməyib.

İkinci bir tərəfdən, ölkənin sayca 2-ci böyük şəhərində baş vermiş ağır dövləti cinayətlərdən sonra E.Vəliyevin yenidən “ağır yük” altına girməsi mümkünsüz görünürdü. E.Vəliyevin sui-qəsdən sonra sağlıq durumu normallaşsa da, belə görünür ki, hələ uzun müddət reabilitasiya dövrü keçməlidir.

Məsələnin digər və ən vacib tərəfi isə hakimiyyətin Elmar Vəliyevə sui-qəsddən çıxardığı nəticələrdir. Aydındır ki, baş verənlərdən sonra reputasiyası əvvəldən də “yaralı” olan, yerli əhalinin rəğbət bəsləmədiyi, hətta qıcıq yaradan birisini yenidən vəzifədə saxlamaq əvvəldən də iqtidarın planlına daxil deyildi. Sadəcə, iqtidar icra başçısına son vəfasını göstərdi, onun ayağa qalxmasını gözlədi və Elmar Vəliyevlə bundan sonra vidalaşmağı lazım bildi.

Niyazi Bayramov ile ilgili görsel sonucu

Yeni icra başçısının dosyesi - Gəncədə işləyib

Yeni icra başçısı Niyazi Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini işləyib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, vəzifələrində işləyib. 14 aprel 2012-ci ildən 28 avqust 2018-ci ilədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvü olan Niyazi Bayramov ehtiyatda olan polkovnikdir, Qarabağ müharibəsinin iştirakçısıdır. Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovla qudadır. Belə ki, Azad Rəhimovun oğlu Arif Rəhimov Niyazi Bayramovun qızı ilə ailəlidir. Onların bir qız övladı var.

2e257df0-f6f4-42d0-93a3-4ca5b0870d3c.jpg (88 KB)

Azər Ayxan

“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxan son sərəncamları qəzetimizə şərh edib. O deyib ki, Elmar Vəliyev kimi kobud və söyüşcül bir kadrdan sonra Niyazi Bayramovun Gəncəyə icra başçısı təyin olunması müsbət haldır: “Eşitdiyimə görə, Niyazi Bayramov olduqca mədəni bir insan və təcrübəli kadrdır. Onunla bir neçə dəfə telefonla danışmışam. Mədəni, kübar adam təsiri bağışlayıb. Belə bir şəxsin Gəncə İcra Hakimiyyətinə başçı təyin edilməsi hakimiyyətin icra başçıları ilə bağlı son aylar yürütdüyü siyasətdə israrlı, ardıcıl olduğunun göstəricisidi. Kobud, bağırıb-çığıran kadrlar mədəni, işgüzar və təvazökar kadrlarla əvəz olunur. Niyazi Bayramov işgüzar, intellektual səviyyəsi yüksək olan kadrdır. O, müsbət işləri ilə seçilən və fərqlənən məmurlardandır. Jurnalistlə normal danışmağı bacaran, tabeçiliyindəki insanları aşağılamayan, münasibətlərdə etik qaydaları gözləyən, mədəni səviyyəsi yüksək olan, iş görmək qabiliyyətinə malik kadrların irəli çəkilməsi müsbət haldır. Fikrimcə, Niyazi müəllimin Gəncə kimi olduqca əhəmiyyətli bir şəhərə icra başçısı təyin olunması yaxşı haldır, təqdir olunmalıdır və bunun müsbət nəticələri yaxın aylarda özünü göstərəcək”.

Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a deyib ki, Gəncə İcra Hakimiyyətinin rəhbərliyində dəyişiklik etmək prezidentin müstəsna səlahiyyətidir: “Gəncə kimi müəyyən problemlərin yaşandığı böyük bir şəhərin, bölgənin rəhbərinin dəyişdirilməsi oranın idarə olunmasına yeni bir kadrın gətirilməsinə qərar verilib. Ümid edək ki, Niyazi Bayramov Gəncədə uğurla işləyəcək, hər hansı bir problemlər yaranmayacaq, təkrar yaşanmayacaq, gələcəkdə Gəncədə hər hansı bir problemlərin yaşanmaması üçün qabaqlayıcı addımlar atacaq. Bütün hallarda prezidentin təyinatına hörmətlə yanaşmaq lazımdır”.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Fəzail Ağamalı 

Deputat Fəzail Ağamalı inanır ki, Niyazi Bayramov prezidentin ona göstərdiyi etimadı doğruldacaq: “Azərbaycanının 2-ci böyük şəhərinin, dövlətçiliyə, xalqın maraqlarına həmişə sədaqət nümayiş etdirən Gəncə əhalisinin hörmətini və məhəbbətini qazanacaq. Mən buna ümid edirəm. Ümid edirəm ki, o, olub-keçənlərdən özü üçün də müəyyən nəticələr götürəcək. Əlbəttə ki, o, Mingəçevirdə olduğu dövrdə orada hər hansı bir problem yaşanmayıb. Əminəm ki, həmin ənənəni daha böyük məsuliyyətlə Gəncədə daşıyacaq. Ona tapşırılan işin öhdəsindən uğurla gələcək”.

elmar vəliyev ile ilgili görsel sonucu

Fəzail Ağamalı Elmar Vəliyevin vəzifəyə təyinat almaması haqda bunları deyib: “Mənim icra başçıları ilə, həmin postlarda olan soydaşlarımızla hər hansı bir şəxsi problemim yoxdur, olmayıb, ola da bilməz. Mənim söykənmiş olduğum fundamental prinsiplər, dəyərlər var. Bu, milli dövlətçilik ənənələridir. Bu gün ölkə prezidenti milli dövlətçiliyə çox yüksək nüfuz və rəğbət gətirməkdədir. Azərbaycan prezidenti hər kəsin bildiyi kimi dünyada nüfuz sahibidir, hər bir məmur da öz fəaliyyəti və davranışı ilə bu nüfuzun üzərinə nüfuz gətirməlidir. Bu qələbənin üzərinə bir töhfə də verməli, Azərbaycan xalqına təmənnasız olaraq xidmət göstərməlidir. Çünki ölkə prezidenti bunu dəfələrlə deyib ki, "Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər". Məmurlar da ölkə başçısının bu fikirlərinə öz fəaliyyətlərində əməl etməlidirlər".

Sonda onu da qeyd edək ki, avqustun 28-də  prezident İlham Əliyevin imzaladığı digər sərəncamlarla İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin, Vaqif Həsənov isə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti