Heç şübhəsiz, hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsindədir.

Siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, enerji və regional təhlükəsizlik və bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, humanitar əlaqələr ikitərəfli və çoxtərəfli, o cümlədən Avropa İttifaqı çərçivəsində münasibətlərin səviyyəsini müəyən edən mühüm məsələlərdir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, enerji təhlükəsizliyi Azərbaycan-Almaniya əməkdaşlığının prioritet istiqamətidir:

“Bu səfərin əsas məzmunu və mahiyyətini müəyyən edən tərəf məhz Azərbaycandır. Əslində bu səfər Avropanın iqtisadi və siyasi lideri olan ölkənin rəhbərinin Cənubi Qafqazin lideri olan dövlətə səfəri kimi dəyərlidir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərini tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirdi. Səfər çərçivəsində dövlətlərimiz arasında ikitərəfli münasibətlərin müvafiq hüquqi bazasını formalaşdıran 70-ə yaxın sənəd imzalandı. Azərbaycanın ticarət tərəfdaşları arasında Almaniya 5-ci yerdədir. Hazırda Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 555 milyon dollardan artıq investisiya qoyulub. Düzdür, hazırda iki dövlət arasında ticarət dövriyyəsinin səviyyəsi mövcud potensiala adekvat olmasa da (təxminən 894 milyon dollar), unutmaq olmaz ki, 2013-cü ildə bu göstərici hətta 3,1 milyard avroya gəlib çatmışdı. Bu indikator üzrə Azərbaycan MDB-də lider statusuna yüksəlmişdi.

Təkcə bu ilin 6 ayı ərzində Azərbaycanın Almaniyaya ixracı 42 milyon dollar, idxalı isə 384 milyon dollar təşkil etmişdir. Deməli, ikitərəfli ticarət-iqtisadi blokdan olan məsələlərin həlli üçün geniş imkan və potensial vardır”.

Millət vəkili qeyd edib ki, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq prioritet məsələdir:

“Almaniya Avropa İttifaqının lokomotiv dövləti olaraq Azərbaycana yeni alternativ enerji mənbəyi kimi yanaşır. Bu da təsadüfi deyildir. Əvvala, Almaniya enerji istehlakına görə dünyada 5-ci yerdədir. Bu sahədə asılılıq təxminən 60% təşkil edir. Qaz üzrə bu göstərici 81% isə, neft üzə maksimum həddədir, təxminən 97%.

AES-lər Almaniyanın elektrik enerjisinə olan təlabatının təqribən 30%-ni ödəyir. 2021-ci ildən isə AES-lərin xidmətindən imtina nəzərdə tutulur. Belə olan halda Almaniyanın enerjidən asılılığı daha da artacaq. Hazırda bu sahədə Rusiyadan 35-40%-lik asılılığı (ildə 55 milyard kub metr qaz) Norveç, Böyük Britaniya və Niderland hesabına kompensasiya etməyə çalışan Almaniyanın Cənub Qaz Dəhlizinə böyük marağının motiv və səbəbləri anlaşılandır. Bu kontekstdə özünün ildə təqribən 93 milyard kub metr qaz, lideri olduğu AB ölkələrinin isə ildə 500 milyard kub metrdən çox qaz sərf etdiyi reallığı da diqqətdən yayınmayan faktlardır. Elə bu səbəbdən də Almaniya kanslerinin Azərbaycana səfəri çərçivəsində Transxəzər layihəsi ətrafında da müzakirələrin aparılması təsadüfi sayılmamalıdır. Xəzərin hüquqi statusunu müəyyən edən Konvensiyanın da bu səfərdən bir qədər öncə imzalanması bu istiqamətdə müzakirələrin aktuallığını daha da artırmışdır. Söhbət ilk növbədə Türmənistan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxarılmasından gedir”.

Millət vəkili bildirib ki, Türkmənistan malik olduğu qaz xətlərindən ikisindən hazırda istifadə edə bilmir:

“Söhbət Şimal (Rusiya) və Cənub (İran) istiqamətlərindən gedir. Rusiyaya qaz satışının 2019-cu ilədək reallaşdırlmayacağı məlum məsələdir. İrana gəldikdə isə qiymət məsələsində rəsmi Aşqabad və Tehran arasında anlaşılmazlıq davam etməkdədir. Hazırda Türkmənistan yalnız Şərq (Çin) marşrutu üzrə qaz ixracını həyata keçirir. Bu da ildə təxminən 55 milyard kub metr qaz deməkdir. Dünyanın qaz potensialına görə (50 trilyon kub metr) 4-cü ölkəsi olan (Rusiya, İran və Qətərdən sonra) Türkmənistanın ildə təxminən 120 milyar kub metrdən çox qaz ixracı potensialı var. Lakin o reallaşa bilmir. Bu səbəbdən Türkmənistan üçün uzunluğu 300 km-ə bərabər olan Transxəzər kəməri ilə özünün təxminən ildə 30 milyard kub metr qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına ixracı həyati əhəmiyyətli məsələyə çevrilə bilər. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi öz praqmatikliyi ilə seçilir: “Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq. Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır”.

Millət vəkili vurğulayıb ki, Merkelin Azərbaycana səfəri bir daha bütün dünyaya ölkəmizin enerji siyasəti ilə ilk növbədə milli maraqların müdafiəsinə söykəndiyini nümayiş etdirdi:

“3-cü tərəfə qarşı yönəlməyib, tranzit və istehlakçı dövlətlərin maraqlarını nəzərə alır və elə bir şəraiti təmin edir ki, bütün tərəflər uduşlu vəziyyətdə olur. Ən başlıcası, enerji siyasətin əlində alət olmur. Enerji sahəsində uğurlarımızın kökündə dayanan əsas amil də məhz elə bununla bağlıdır”.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti