Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır.

 

Belə ki, sözügedən rayonun Bilgəh qəsəbəsində ümumi uzunluğu 2 km olan 2 küçədə yenidənqurma işlərinin aparılmasına start verilib.

 

Hər birinin uzunluğu 1 km olan Əliağa Ağayev və Rəsul Rza küçələrində aparılan təmir işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

 

2021-ci ilin İnvestisiya Proqramına uyğun Sabunçu rayonu Bakıxanov qəsəbəsində 3.1 km uzunluğa malik Bəşir Bünyadov və 3.2 km uzunluğa malik Nazim İsmayılov küçələrinin də təmiri nəzərdə tutulur. Bu çərçivədə artıq qəsəbənin Bəşir Bünyadov küçəsində təmir işləri son mərhələ üzrə aparılır. Bu küçədə işlərin yekunlaşması ardıcıllığına uyğun olaraq qəsəbənin Nazim İsmayılov küçəsinin də əsası şəkildə təmiri nəzərdə tutulur.

 

Cari ilin İnvestisiya Proqramına daxil edilən Ramana qəsəbəsinin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan, uzunluğu 700, eni isə 9 metr təşkil edən Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri isə artıq yekunlaşıb.  

 

Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.  

 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Sabunçu rayonunun sözügedən qəsəbələri üzrə vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.  

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissədə tikinti işlərinə başlanılıb. Məhz yolun bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur.

 

Yolun uzunömürlü və davamlı olması üçün burda sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası nəzərdə tutulub. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb. 

 

Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

 

Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək olan hissəsində yol 1.1 km, Ağsuçaydan sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.

 

Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılır.

 

Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçməsi nəzərdə tutulur ki, artıq bu hissədə də tikinti işlərinə başlanılıb. Hazırda yeni tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri icra olunur.   

 

Ümumilikdə yeni layihə boyu 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. 3 körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə yolun dəyişdirilmiş yeni istiqaməti üzrə yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

 

Bununla yanaşı bütün yol boyu mövcud olan müxtəlif ölçülü yolaltı suötürücü boruların texniki vəziyyətləri pis olduğundan yenilənməsi nəzərdə tutulur.

 

Layihə üzrə Basqal kəndi yaxınlığında yolu düzləndirmək hesabına məsafə 2.2 km qısalır. Digər hissələrdə isə layihələndirilən yol Qəbələ şəhərinədək mövcud ox üzrə davam edəcək. Yalnız yol Qəbələ şəhərinə daxil olmadan soldan yeni hissə ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud yola birləşəcək və bunun hesabına yol bu hissədə daha 5 km qısalacaq.

 

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;

- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;

- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;

- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;

- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;

- Regionda turizmin inkişafı. 

 

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə cari ildə icra olunan layihələr sırasında Salyan rayonunda 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. 

 

Cari ildə Salyan rayonunda respublika əhəmiyyətli Salyan-Neftçala avtomobil yolundan ayrılan və Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması layihəsinin icrasına start verilib. Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 15.3 km təşkil edir.

 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasında məqsəd yol boyu yaşayan 6 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

 

Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

 

Yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

 

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır.

 

Qeyd edilən işlər çərçivəsində artıq sözügedən yolların 8 km-lik hissəsində torpaq yatağı işləri yekunlaşaraq əsasın alt layı örtüyünün inşasına başlanılıb. Əsasın alt layının hazır olduğu 7 km-lik hissədə isə mərhələli olaraq yol əsasının üst layının inşası aparılır. Yol əsası hazır olan hissələrdə isə yaxın müddətdə asfaltlanma işlərinin aparılması nəzərdə tutulur.  

 

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 278 paqon-metr uzunluğunda 28 yeni metal və dəmir-beton suötürücü borular quraşdırılır.

 

Bundan başqa kürkənd yolunda mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülür. Belə ki, Akkuşa çayı üzərində hər birinin uzunluğu 12 metr olan 2 körpü əsaslı şəkildə bərpa edilir.

 

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər. 

 

Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verildi.

 

Qeyd edək ki, Bum çayı üzərində yeni körpü və yol Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayır.

 

 
 

Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18.5 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır.

 

İnvestisiya Proqramına uyğun olaraq sözügedən rayonun Qaraçuxur qəsəbəsində  ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur ki, bu istiqamətdə artıq işlərə start verilib.

 

İlk olaraq qəsəbənin 1000 metr uzunluğa malik Cəlal Qurbanov küçəsində bərpa işlərinə başlanılıb.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

 

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, səkilərin hərəkət hissəsi asfaltlanır, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilir.

 

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.

 

Yuxarıda qeyd edilən təmir işləri artıq yekunlaşmaq üzrədir. Asfaltlanma işləri bitdikdən sonra eni ortalama 18 metr təşkil edən Cəlal Qurbanov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

İnvestisiya proqramına uyğun olaraq anoloji təmir işləri rayonun Hövsan qəsəbəsində Oktay Şabanov küçəsində aparılır. Uzunluğu 2000, ortalama eni 6 metr olan küçənin artıq 1350 metr hissəsində təmir yekunlaşıb.  

 

Qısa zaman ərzində hər birində 1.5 km olmaqla qəsəbənin Bahar və Bağlar yaşayış massivlərində, həmçinin Südçülük sovxozu adlanan ərazisində, bundan başqa ümumi uzunluğu 7.7 km olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də agentlik tərəfindən təmir-bərpa işlərinə başlanacaq.

 

Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14.2 km təşkil edir.  

 

Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına aentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.  

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 km uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunur.

 

Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan küçənin yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi. Bu isə xüsusən payız-qış mövsümündə rahat hərəkətdə problemlərə gətirib çıxarırdı.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

 

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kv.m təşkil edir.

 

Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur.

 

Layihənin sonuncu mərhələsi üzrə təmir işləri aparılan hissənin zəruri nöqtələrinə yeni yol nişanları qoyulacaq, yolun üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına agentliyin rəhbərliyinin nəzarəti altında,  “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.  

 

Xatırladaq ki, agentlik tərəfindən cari ildə Pirallahı rayonu ərazisində uzunluğu 2.9 km olan Süleyman Bağırov və uzunluğu 1.1 km təşkil edən Gənclik küçələrində də  təmir işləri aparılıb.

 

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Prezident İlham Əliyevin yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə də respublika üzrə müxtəlif yol infrastrukturu layihələri həyata keçirlir ki, bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir.

 

Bu çərçivədə artıq bir çox avtomobil yollarında yenidənqurma və tikinti işlərinə start verilib. Onlardan biri respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı km-dən ayrılan və Padar kəndinə gedən avtomobil yoludur.

 

Sözügedən yol uzunluğu 2500 metr olmaqla, 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.

 

Padar yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Belə ki, tikinti layihəsinə uyğun yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür.

 

Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə müxtəlif diametrli dəmir-beton boru quraşdırılır.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri  və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılacaq.

 

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.

 

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. 

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhərinin Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilir.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

 

Cari ildə Bakı şəhəri Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə rayonun Sulutəpə qəsəbəsində təmir-tikinti işlərinə başlanılıb. Sözügedən qəsəbə üzrə ümumi uzunluğu 7.1 km təşkil edən küçə və yolların əsaslı təmiri məqsədi ilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib. Belə ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

 

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 km, Binəqədi qəsəbəsi üzrə isə 5.3 km qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulur. Bu istiqamətdə də yaxın müddət ərzində təmir-tikinti işlərinə start veriləcək.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Binəqədi rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 70 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.  

 

Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.  

 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Binəqədi rayonunun sözügedən qəsəbələri üzrə vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonunda da aparılır.

 

İnvestisiya Proqramına uyğun olaraq cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur ki, artıq bu istiqamətdə təmir-tikinti işlərinə başlanılıb.

 

Söhbət Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7.6 km olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1.2 km-lik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 km olan 3 yoldan gedir.

 

Artıq Binə və Qala qəsəbələrində cari ilin İnvestisiya Proqramında nəzərdə tutulan küçə və yolların yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

 

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.  

 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Xəbər lenti