Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Elxan Məhəmməd oğlu Əvəzlinin cinayət işi üzrə təfərrüat bilinib.

Musavat.com xəbər verir ki, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Elxan Əvəzlinin qətli qisas məqsədilə törətdiyi məlum olub.

Elxan Əvəzli 2022-ci ilin yanvar ayında baş leytenant Yusif İsmayıl oğlu İsmayılovu, kiçik gizir Amil Fuar oğlu Cəlilzadəni və kiçik gizir Rəfail Natiq oğlu İbrahimovu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il yanvarın 3-də saat 00:30-da Laçın rayonunun Malxələf kəndi ərazisində saxlanılıb.

Elxanın əvvəlcə mərhum baş leytenant Yusif İsmayılovla aralarında problem olub. Belə ki, Elxanın xidmətdə olan zaman yatması, sonra da hərbi hissə ərazisindən çəkdiyi videonu sosial şəbəkələrdə paylaşması narazılıq yaradıb. Buna görə Yusif İsmayılov Elxanı cəzalandırıb - onun digər hərbçilərlə birlikdə yemək yeməsinə icazə verməyib, həmçinin onun xidmətdən uzaqlaşdırılmasını da tələb edib.

Məlumata görə, digər qətlə yetirilən hərbçilər baş leytenanta yaxın hərbçilər olduqlarından onu dəstəkləyiblər. Onlar da Elxana qarşı fərqli münasibət göstərərək onu danışdırmamağa, birlikdə süfrə arxasında oturmamağa başlayıblar.

Elxanın sözlərinə görə, bundan sonra həmin şəxslər tərəfindən təhqir olunub, şərəf və ləyaqəti alçaldılıb. Sonuncu dəfə isə xidmətə çıxmaq üçün geyim istəsə də, ona üst geyimi verilməyib. Son 4 ayda ələ salınan, təhqir olunan Elxan qisas almaq qərarına gəlib.

O, ilk olaraq baş leytenantı qətlə yetirib. Daha sonra isə avtomata ikinci darağı taxaraq digər iki hərbçini qətlə yetirib və hərbi hissədən qaçıb.

Apellyasiya və kassasiya şikayətləri verən Elxan əməlinin Cinayət Məcəlləsinin 129-2-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsinə tövsif edilməsini istəyib.

Məhkəmələr onun şikayətini təmin etməyib və ömürlük azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var
26 Aprel 2025 Təyyarədə dava düşdü - Bakıya məcburi eniş etdi - VİDEO
26 Aprel 2025 Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
25 Aprel 2025 Əvəz Zeynallının azadlıqda - İlk fotosu
25 Aprel 2025 “28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi
25 Aprel 2025 Bələdiyyə sədri özünü niyə sakin kimi təqdim edib? - Video

Xəbər lenti