Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib. 

Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb. Nəticədə bir nəfər həlak olub.

Top mərmisinin düşdüyü ərazidə olan obyektlərə ziyan dəyib.

 

 

 

 
 
 

Xəbər lenti