Yol polisi Bakıda ölümə gedən sürücünü saxladı  - VİDEO
Birtərəfli yolun əksi istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət etdiyi üçün

Bakıda qaydaları pozaraq hərəkət iştirakçılarına təhlükəli anlar yaşadan sürücü yol polisi tərəfindən aşkarlanıb.  Avtosfer.az xəbər verir ki,  Bakı-Dairəvi yolunda hərəkət edən 10-ZR-442 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Məmmədov Rasif Ramiz oğlu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub. Sürücü ilə söhbət zamanı qayda pozduğunu etiraf edib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq Məmmədov Rasif  birtərəfli yolun əksi istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət etdiyi üçün 100 manat və 4 bal cərimələnib.

Xəbər lenti