DİN Masallıda "ZİL" sürücüsünün yanaraq ölməsi faktı ilə bağlı məlumat yayıb
“KamAZ” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş verib

Daxili İşlər Nazirliyi (DİN) Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, mayın 14-də saat 19 radələrində Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş verib. Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.

Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti