Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu
“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında altı yaşlı uşaq koronavirusdan müalicə olunur”.

Bu barədə Oxu.Az-a ATU-nun Mətbuat Xidmətindən məlumat verilib. 

Tanınmış uşaq cərrahı, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Cərrahiyyəsi Kafedrasının müdiri, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov deyib ki, uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil, onlar da bu virusa yoluxur:

“Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər. TƏBİB-in açıqladığı məlumatda da bildirilir ki, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var. Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də, uşaqlar koronavirusa yoluxmur demək, doğru deyil. Yaşlı insanları, uşaqları da qorumaq lazımdır”.

Uşaq cərrahı əhaliyə müraciət edərək, pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: “Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. Koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək”.

R.Poluxov deyib ki, bu gün başqa ölkələrlə müqayisədə Azərbaycanda virusun az yayılması sevindirici haldır: “Bu da dövlət rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir”.

Baş həkim Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib:

“Koronavirus gözə görünməyən düşməndir. COVID-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.

Həkim virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.

12 May 2025 AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ
12 May 2025 Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
12 May 2025 Daha bir qanunsuz tikili söküldü - Foto
12 May 2025 Bank kartlarından oğurluq davam edir
12 May 2025 Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib
10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb

Xəbər lenti