Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə “Bakı Metropoliteni” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət edib.
“Yol-xeber.az” xəbər verir ki, Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri qoyulub.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.