Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü
Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmişdir.

 Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilmiş, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.

Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılmışdır.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlamışdır.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

12 May 2025 AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ
12 May 2025 Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
12 May 2025 Daha bir qanunsuz tikili söküldü - Foto
12 May 2025 Bank kartlarından oğurluq davam edir
12 May 2025 Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib
10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb

Xəbər lenti