Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən var
Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülüblər.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

12 May 2025 AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ
12 May 2025 Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
12 May 2025 Daha bir qanunsuz tikili söküldü - Foto
12 May 2025 Bank kartlarından oğurluq davam edir
12 May 2025 Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib
10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb

Xəbər lenti