Yük maşınının vurduğu piyadanın ayağı amputasiya edilib - MƏHKƏMƏ
Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Şəkidə piyadanın ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşad Behbudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 19-na təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 32-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Elşad Qərib oğlu Behbudov idarə etdiyi “Howo” markalı yük avtomobili ilə piyada, 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Süleyman oğlu Quliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarəti alan S.Quliyev Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb və sağ ayağı amputasiya edilib. E.Behbudova Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

12 May 2025 AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ
12 May 2025 Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
12 May 2025 Daha bir qanunsuz tikili söküldü - Foto
12 May 2025 Bank kartlarından oğurluq davam edir
12 May 2025 Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib
10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb

Xəbər lenti