Bakıda ən çox qəzalar bu yerlərdə baş verir - SƏBƏB
Günümüzün bəlası olan yol qəzaları təəssüf ki, hər gün canlar alır, insanlar əlil olur, həbsə düşür

Bakıda gündəlik qeydə alınan qəzaların sayı irili-xırdalı 15-20 arasında dəyişir. Bəs ən çox yol qəzaları paytaxtın hansı küçə və prospektlərində baş verir və bunun əsas səbəbləri nədir?

“MediaPost” bu barədə araşdırmanı təqdim edir.

Paytaxtda ən çox qəzalar nə qədər qəribə də olsa, Aeroport yolu, Heydər Əliyev, Ziya Bünyadov, Neftçilər, Babək və Nobel prospektlərində baş verir. Növbəti sırada isə daha çox yolayrıcıları gəlir.

 

Qeyd edilən prospektlər geniş və işıqlandırma sistemi ilə təchiz olunub. Eyni zamanda yollar əsas, əlavə və iki ayrı istiqamətlidir.

Bəs bütün bu xüsusiyyətlər olduğu halda qəzalar niyə baş verir?

Aeroport yolunda sürücülər geniş zolaqlar olduğu üçün bir qədər səhlənkarlıq edirlər. Xüsusilə ara məsafəsi nəzərə alınmır. 110 km/saat sürət olan yolda şütüyən avtomobillər arasındakı məsafə bəzən heç 3 metr də olmur. Qarşıda hər hansı maneə olduqda əyləci basan sürücünü arxadan gələn avtomobil vurur. Bu cür hallarda zəncirvari qəzalar daha çox baş verir. Eyni zamanda, sürücülər əksər hallarda "tələsir". Sol zolaq bu cür sürücülərin ötməsi üçün nəzərdə tutulsa da, həmin zolaqla 90-100 km/saat ilə hərəkət edən sürücülər olur. Bir neçə dəfə yol istədikdən sonra isə sağdan ötmə edir. Nəticədə qəza baş verir.

Bakıda ən çox qəzalar bu yerlərdə baş verir - SƏBƏB

Heydər Əliyev prospektində isə əsasən piyadavurmalar daha çox olur. Səbəb isə keçidlərin az olması, eyni zamanda insanların yüksəksürətli yolu keçməyə cəhd etməsidir. Bu prospektində qəzalar yuxarıda qeyd olunan ara məsafəsi və sürət həddi, sağdan ötmə ilə yanaşı digər bir səbəbdən baş verir. Belə ki, əsas yoldan əlavə yola iki yerdə keçid var. Sürücülər sol zolaqla hərəkət edir və yalnız köməkçi yola keçidə cəmi 5-10 metr qalmış sol zolaqdan ən sağa keçməyə cəhd edirlər. Bu zaman isə orta və sağ zolaqla gələn sürücülərin yoluna çıxma nəticəsində qəza baş verir.

Ziya Bünyadov prospektində qəzaların baş verməsinə yuxarıda qeyd olunan səbəblərlə yanaşı, xüsusi bir məsələ var. Belə ki, ən çox körpü və tunel bu prospektdə olduğu üçün yol enişli-yoxuşludur. Sürət həddi isə 90 km/saatdır. Sürücülər bir çox hallarda qarşıda nə baş verdiyini çox gec görür. Nəticədə ən çox zəncirvari qəzalar da məhz bu prospektdə qeydə alınır.

Babək prospekti təmirdən sonra qəzaların sayının artması ilə yadda qalıb. Burada qəzalara əsas səbəblərdən spesifik olanı geriyə dönmə nöqtələridir. Belə ki, prospekt boyu 10-a yaxın analoji yerdə sürücülərin sərbəst dönməsi çətindir. Zolaqlar ayrılsa da, kəsişmə yerləri düzgün tənzimlənməyib. Sürücülərin isə tələsməsi və geriyə dönmək üçün iki sıra yaratması da qəzalara səbəb olur.

Bakıda ən çox qəzalar bu yerlərdə baş verir - SƏBƏB

Nobel prospekti də qəzaların sayına görə geri qalmır. İlk baxışdan burada qəza halları qeyri-adi görünsə də, səbəbi var. Daha çox qəzalar işıqforlar olan ərazidə baş verir. Yolayrıcında sürücülərin tələsməsi toqquşmalar ilə nəticələnir. Eyni zamanda, "Nargilə" kafesinin yanındakı döngə də qəzaların baş verdiyi əsas nöqtədir. Burada işıqforlar olsa da, sürücülər çox zaman tələsir və qəzaya səbəb olur.

Paytaxtın Neftçilər prospekti də qəzaların baş verdiyi nöqtələrdən biridir. Əsas yerlər isə Azneft dairəsi, Azadlıq, Bülbül prospektləri, Səməd Vurğun, Puşkin, Kövkəb Səfərəliyeva küçələri ilə kəsişmədir. Son iki küçə ilə kəsişmə işıqfor ilə tənzimlənmədiyi üçün toqquşmalar daha çox burada baş verir.

Ümumiyyətlə, qeyd olunanlardan başqa digər küçə və prospektlərdə də qəzalar kifayət qədər çox baş verir. Lakin adıçəkilən ərazilərdə qəzaların baş verməsi, ilkin olaraq qəribə görünsə də, səbəbsiz də deyilmiş.

“MediaPost” 

12 May 2025 AZAL təyyarəsinin qəzasının səbəbi... - SON DƏQİQƏ
12 May 2025 Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
12 May 2025 Daha bir qanunsuz tikili söküldü - Foto
12 May 2025 Bank kartlarından oğurluq davam edir
12 May 2025 Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib
10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb

Xəbər lenti