Bu ərazilərdəki piyada keçidləri çox təhlükəlidir - ŞOK STATİSTİKA: 719 piyada vurulub
Piyada keçidləri onların lazım olduğu sürətli yollarda deyil, şəhərin mərkəzində tikilir

Bakıda dəfələrlə piyada zolaqlarına vurulan rəngin müəyyən müddət sonra pozulduğunun və yoxa çıxdığının şahidi oluruq. Əksər yerlərdə piyada keçidləri heç bir nişan və işıq olmadan yalnız ağ rəngli zolaqlardan ibarətdir. Gecələr isə təəssüf ki, həmin əlverişsiz keçidlərdə piyada vurulma və ölüm halları baş verir. Bəs görək əslində piyada keçidləri hansı standartlarda olmalıdır?

Şəhər nəqliyyat eksperti Hüseyn Abdullayev məsələ barədə Lent.az -a danışıb. Ekspert piyada zolaqları ilə bağlı Bakıda bir çox ciddi problemlərin olduğunu qeyd edib: “Piyada keçidləri ilə bağlı problem ondan ibarətdir ki, onlar ya lazım olan yerlərdə qurulmur ya da qurulması düzgün təqlid edilmir. Əslində nizamlanması lazım olan yerlərdə çox vaxt nizamlanmayan piyada keçidləri qoyurlar. Məsələn, geniş yollarda nizamlanmayan piyada keçidləri qoyurlar ki, bu da çox təhlükəlidir. Avropa standartlarına görə, əgər yolda hərəkət zolağının sayı 1-dən çoxdursa orada işıqforla nizamlanan piyada keçidi olmalıdır. Nizamlanmayan keçidlərdə rəng pozulur, işıq olmur. Ən azından kontrast işıq olmalıdır ki, sürücülər kənardan piyadanı görsünlər. Nizamlanmayan piyada keçidləri heç olmasa hər tərəfə bir hərəkətli olan yollarda olmalıdır. Bu baxımdan Bakıda çox böyük problemlər var. Problemin digər tərəfi isə artıq 1970-ci illərdə qalan yeraltı və yerüstü piyada keçidlərinin hələ də tikilməsidir. Təəssüf ki, əksər hallarda yeraltı piyada keçidlərinin lazım olduğu sürətli yollarda onlara az rast gəlinir. Əvəzində isə nizamlanmayan keçidlər qoyulur ki, bu da çox təhlükəlidir. Təəssüf ki, yerüstü və yeraltı piyada keçidləri onların lazım olduğu sürətli yollarda deyil, şəhərin mərkəzində tikilir. Bu da böyük bir paradoksdur”.

Piyadaların yol hərəkətində əsas olduğunu deyən Hüseyn Abdullayev, Bakıda bunun əksinə olduğunu bildirib. Onun sözlərinə görə, infrastrukturun əlverişsizliyi ucbatından piyadalar icazə verilməyən yerlrədən keçməyə məcbur olurlar:

 

“Əslində yaşayış məntəqələrinin ətrafındakı yollarda 150-300 metrdən bir piyada keçidi olmalıdır. Ancaq bir çox prospekt və küçələrdə buna əməl olunmur. Əksər hallarda görürük ki, insanların instensiv istifadə etdiyi yerlərdə piyada keçidi yoxdur. Buna görə də, onlar icazə verilməyən yerlərdən keçməyə məcbur qalırlar. Nəticədə xoşagəlməz hadisələr baş verir. Amma ki, piyadalar yol hərəkət iştirakçıları arasında əsas hesab olunurlar. Bakıda isə əksinə olaraq, maşınların hərəkətinə daha çox şərait yaradırlar. Bu da öz növbəsində çox böyük problemlərə səbəb olur. Çünki yol-nəqliyyat hadisələri əksər hallarda piyadaların iştirakı ilə baş verir. Hadisə olanda isə qınanılan tərəf piyadalar olur. Ancaq şəhərin infrastrukturu piyadalar üçün əlverişli deyil deyə onlar da qaydaları pozurlar”.

Qeyd edək ki, ötən il respublikanın avtomobil yollarında 719 piyada vurulma halı qeydə alınıb. Onlardan 299-u ölüb, 455-i xəsarət alıb.

06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı

Xəbər lenti