Mənzildən külli miqdarda pul oğurlayan dəstə üzvləri saxlanılıb - FOTO
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir

Sumqayıtda mənzildən Yeni il axşamı 31450 avro, 4300 ABŞ dolları oğurlayan dəstə üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən ev sahibi dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən 31450 avro, 4300 ABŞ dolları, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TP-link” markalı aparatın oğurlandığını bildirib. Zərərçəkən ona ümumilikdə 66611 manat maddi ziyan dəydiyini qeyd edib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdiklərin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaş Rüstəm Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.

Daha sonra dəstə üzvləri məzilin qapısının üzərində barmalıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar. Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.

 

Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə “Volkswagen” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.

Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir.

 

06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı

Xəbər lenti