Ölkəyə saxta “botoks”lar gətirib satana hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı ilə məşğul olmaqda təqsirləndirilənlər İmran Abizadə və Zəkiyyə Qələndərova hökm oxunub.

Hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Abizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Z.Qələndərovaya isə şərti cəza verilib, o, azadlıqda qalıb. 

 

İttihama görə, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmetoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İrandan Azərbaycana Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.

İ. Abizadə Astara gömrüyündə kafedə işləyib, Z.Qələndərova isə Bakıda gözəllik salonunda işləyib. 

Qeyd edək ki, bu işlə bağlı İran vətəndaşları da saxlanılıb, onların məhkəmə işi ayrıca məhkəmə icraatında hazırda davam etdirilir. 

Onlardan biri, Cahani Hamid Muhammad uzun müddət Azərbaycanda yaşayıb və Dövlət Gömrük Komitəsinin Hospitalında cərrah-həkim işləyib. İstintaq dövründə azadlıqda olub, lakin məhkəmənin hazırlıq iclasında həbs olunub. 

 

2-ci sinif şagirdi məktəbdə boğulub öldü

 

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

 hadisə tənəffüs zamanı yaşanıb. Xəlilov Sabir Adil oğlunun anginası olub. Yemək yeyən zaman müəlliminə yaxınlaşaraq boğulduğunu söyləyib.

Məktəblinin tənəffüsdə içərisində sosiska olan çörək yeyərkən boğulduğu qeyd olunub.

 

 sözügedən hadisə ilə bağlı məktəblə əlaqə saxlayıb. Bildirilib ki, 2011-ci il təvəllüdlü S. Xəlilov məktəbin II "ğ" sinfində təhsil alıb. Hadisə dünən saat 16:40 radələrində baş verib.

Şagird özünü narahat hiss eden anda dərhal ona ilk tibbi yardım göstərilib, lakin həyatını xilas etmək mümkün olmayıb.

Bu gün Şirvan Apellyasiya Məhkəməsində kriminal aləmdə “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsində olan hökümdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Ardını oxu...

Xəzər Rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxsi məhkəməyə verib.

Ardını oxu...


Qohumu 76 yaşlı qadının evinə oğurluğa getdi

76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən şəxslər saxlanılıb. 
 
Bir neçə gün əvvəl Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

Həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir

Balakən rayonunda ev yanıb.

Ardını oxu...

 

Azərbaycanda 47 yeniyetmə cinayət törətdiyi üçün axtarışdadır

Azərbaycanda axtarışda olan cinayətkarların sayı artıb. 

 

 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038 cinayətkar axtarışda olub.
 
Axtarışda olan cinayətkarların 47-si 14-17 yaşlı uşaqlar olub.
 
Ötən il axtarışda olanların 1603-ü dələduzluq, 718-si oğurluq, 147-si hərbi xidmət əleyhinə (onlardan 62-si fərarilik), 34-ü dövlət əleyhinə, 42-si banditizm, 103-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd və s. ilə bağlı cinayət törədib.
 
Ötən il ərzində 914 nəfər itkin düşüb ki, onların 105-i 18 yaşadək uşaq olub. İtkin düşmüş uşaqların sayı ötən illərlə müqayisədə azalıb.
 
2016-cı ildə Azərbaycanda 129, 2015-ci ildə 116, 2010-cu ildə 137 uşaq itkin düşüb.

 

Etimad İsmayılovun cənazəsi Bakıya gətirildi

 

Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.

Türkiyədə bizneslə məşğul olan iş adamı E. İsmayılovun cənazəsini gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib.

Cənazəni mərhumun atası İlyas İsmayılov, həyat yoldaşı Sevil Nuriyeva və digər yaxınları, ümumilikdə 50-yə yaxın şəxs qarşılayıb

E. İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb. Mərhum iş adamı sabah dəfn olunacaq.

Onu başından 2 dəfə, ürəyindən 1 dəfə güllələyərək qətlə yetirməkdə şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb. G. Dəmirov da azərbaycanlıdır və 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində İdarə rəisi işləyib, ehtiyatda olan polkovnikdir. Onun E. İsmayılovla biznes əlaqəsi olub və hadisənin də pula görə baş verdiyi bildirilir. 

Qeyd edək ki, E. İsmayılovun teleaparıcı Sevil Nuriyeva ilə evliliyindən bir azyaşlı oğlu var.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov

 





Bakıda ağır yol qəzası baş verib.

Ardını oxu...

 

Həmkəndlisini öldürən şəxs meşədən tapıldı

Daşkəsən rayonunda keçmiş məhkumu öldürən şəxs saxlanılıb.

Sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılov evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

 

 

Xəbər lenti