Bu gün Şirvan Apellyasiya Məhkəməsində kriminal aləmdə “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsində olan hökümdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Report-un məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apllyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxcardığı qərar dəyişdirlib.

Belə ki, M.Quluzadənin 14 il müddətinə azadlıqdan mərhumetmə cəazsı 1 il artırılaraq 15 ilə qaldırılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, 26 sentyabr 2012-ci il tarixdə Rusiya paytaxtı Moskva şəhərində M.Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb. M.Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayilovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

F.İsmayılovu izləyən M.Quluzadə onun mağazaya girdiyini görəndən sonra maşınını idarə edən qohumu Xəyal Quluzadəni oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib. Özü isə avtomaşında gözləyib. O, F.İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib, tapança-pulemyotdan fasiləsiz olaraq 24 atəş açıb. F.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

İstintaq orqanı tərəfindən M.Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə M.Quluzadə 14 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verərək, cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kassasiya protesti ilə müraciət edib. Ali Məhkəmənin qərarına əsasən, prokurorun verdiyi protest təmin edilib. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, qətlə yetirilən F.İsmayılov 4 qardaş olublar. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovdur. 4 qardaşdan ikisi qətlə yetirilib.

Qardaşlardan Maarif 2015-ci ilin iyununda Sankt-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan "Sofiysk" meyvə-tərəvəz bazarında güllələnərək öldürülüb. Bu hadisədən bir il keçməmiş isə F.İsmayılov güllələnib.

Piter Elçindən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.

03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
03 May 2025 DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var

Xəbər lenti