• Baş səhifə
  • Gündəm
  • Nəqliyyat
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Dünya
  • Kriminal
  • İdman
  • Şou
  • Maraqlı

Bakıda yaşayış binaısında yanğın olub

10:08 22.04.2021 | Baxış sayı: 783

Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində 9 ədəd elektrik sayğacı və kabel 2 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Twitter

Polis reyd keçirdi: Avtoxuliqan həbs edildi - FOTO

13:55 21.04.2021 | Baxış sayı: 2592
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan sürücülərə qarşı tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi VAZ-2115 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. 

Həmin şəxs barəsində DYP əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E. Həmidli sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.

Göygöl rayonunda da analoji tədbirlər davam etdirilir. Sərxoş halda avtomobillərin idarə olunması və baş verə biləcək qəzaların qarşının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilir. Keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.

 
 
 
 
 
Twitter

Zəngəzurda Paşinyanın maşının üstünə çıxdılar - VİDEO

12:31 21.04.2021 | Baxış sayı: 864
Paşinyan təhqir və söyüşlər altında Zəngəzuru tərk edib.

Zəngəzurda səfərdə olan baş nazir Nikol Paşinyan Aqarak şəhərinə girişinə imkan verilməyib.
Aqarak şəhərinə gələn Paşinyan səfərini yarımçıq kəsərək şəhəri tərk etmək məcburiyyətində qalıb.

"Ölkə.Az" erməni mediasına istinadən xəbər verir ki, yerli əhali Paşinyanı etirazla qarşılayaraq onun kartejinin qarşısını kəsərək, təcili  şəhəri tərk  etmək tələb olunub. Hətta insanlar onu mühafizə edən kartejin üzərinə çıxıb. Yerli əhali Paşinyanın ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Məcburiyyət qarşısında qalan Paşinyan təcili olaraq şəhəri tərk edib.
Onun Zəngəzurun hansı şəhərinə getdiyi bəlli deyil.

Twitter

Paşinyan Zəngəzurda etirazla qarşılandı - VİDEO

12:25 21.04.2021 | Baxış sayı: 1215
Xalq Paşinyanı təcili Zəngəzuru tərk etməyi tələb edir.

Zəngəzurun Meğri şəhərində səfərdə olan baş nazir Nikol Paşinyan ciddi etirazla qarşılanıb.

"Ölkə.Az" "novosti-armeniya"ya istinadan xəbər verir ki, Paşinyan Meğridə küçə gəzintisi etməyə cəhd etsə də, ona imkan vermirlər və vəziyyət gərgin olaraq alır. 

Paşinyan şəhərdə çoxsaylı polis hə təhlükəsizlik xidmətinin əməkdaşlarının cidid mühafizəsi  nəzarətində şəhəri gəzir. Yerli əhali onu söyərək, ünvanına təhqiramiz ifadələr işlədir. Sakinlər Paşinyanı təcili olaraq Meğrini tərk etməyi tələbə edir.

Twitter

Şəki və Oğuzda koronavirus xəstələri saxlanıldı

10:54 21.04.2021 | Baxış sayı: 648
Şəki və Oğuz Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb edilən Oğuz rayon sakini Elxan Bayraməliyev və Şəki şəhər sakini Hamil Lətifova sosial izolyasiya qaydalarına riayət edərək yaşadıqları ünvanları tərk etməmələri barədə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polis əməkdaşları tərəfindən küçədə aşkarlanıb.

Həmin şəxslər evlərinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır.

Twitter

Bakıda sürücü qəza törətdi maşını yandı, özü isə döyüldü - FOTO

10:41 21.04.2021 | Baxış sayı: 1242
Bakının Nərimanov rayonunda 1996-ci il təvəllüdlü Həsənov Elşad İrşad oğlu idarə etdiyi "VAZ 2106” markalı avtomobillə Azadlıq prospektində işıqforun qırmızı işığında dayanan "Hyundai” və "Toyota” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Apa xəbər verir ki, qəzadan sonra "VAZ 2106” markalı avtomobil alovlanmağa başlayıb. Bu zaman hadisəni törədən E.Həsənov digər sürücülər tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Onlar avtomobildə yanğının qarşısını alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 

Twitter

Bakıda maska cəriməsindən yayınmaq istəyən şəxsdən ağlagəlməz addım - VİDEO

12:35 20.04.2021 | Baxış sayı: 999
Bakıda bir nəfər polislə mübahisə etdikdən sonra özünü öldürmək istəyib.

Baku.ws xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Xarici olduğu iddia edilən həmin şəxs maska taxmadığı üçün polis tərəfindən cərimə edilib. O, buna etiraz edib.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, yayılan videgörüntülərdə əks olunan şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşlarının qanunu tələblərinə etinasız yanaşaraq özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin şəxs inzibati xəta tərkibi yaradan əməlindən polisi yayındırmaq üçün özünü qəsdən yerə yıxaraq, hay-küy yaradıb. Buna baxmayaraq, polis tərəfindən onun barəsində protokol tərtib olunub. Məlum olub ki, həmin şəxs xarici ölkə vətəndaşı yox, Gəncə şəhər sakindir. Hazırda onun barəsində təhqiqat araşdırmaları davam etdirilir.

E.Hacıyev diqqətə çatdırıb ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməsi məcburidir. Tbbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Twitter

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

12:01 20.04.2021 | Baxış sayı: 837
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxslərin ciinayət işinin ibtidai istintaqı zamanı vurulan maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib.

Bu barədə "Ölkə.Az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Twitter

"Azpetrol"un sürücüsü piyadanın ölümünə səbəb oldu - FOTO

11:10 20.04.2021 | Baxış sayı: 1269
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə rayonun Dördyol adlanan ərazisində qeydə alınıb.

Beləki, Zəngilan rayon sakini, 1962-ci il təvəllüdlü Dərgah İsa oğlu Ağayev idarə etdiyi "Azpetrol" şirkətinə məxsus iri tutumlu yanacaq daşıyan avtomobillə hərəkətdə olarkən həmin ərazidə yolu keçmək istəyən piyadanı vurub. Sürücü əyləci sistemini işə salsada avtomobilin təkərləri arasında qalan piyadanı bir neçə metr sürüyüb. Nəticədə dünyasını dəyişən piyadanın baş və bədəninin müəyyən hissəsi əzildiyi üçün şəxsiyyətini müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter

Daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

10:54 20.04.2021 | Baxış sayı: 1512
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Kərimli Qalası Müslüm oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.

Məlumat üçün bildirək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

 
 
Twitter

343 -dən səhifə 595

BaşaGeri338339340341342343344345346347İrəliSona

Xəbər lenti

  • 13:46 16.05.2025 Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək
  • 13:42 16.05.2025 Bunlara əməl edin! - DYP-dən sürücülərə müraciət
  • 13:33 16.05.2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
  • 13:24 16.05.2025 XİN-dən Paşınyana CAVAB
  • 13:18 16.05.2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
  • 12:38 16.05.2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
  • 12:32 16.05.2025 Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
  • 11:35 16.05.2025 ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
  • 11:31 16.05.2025 BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
  • 11:23 16.05.2025 ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib
  • 11:12 16.05.2025 Bank kartlarından 11 min manatdan çox vəsait talanıb
  • 10:49 16.05.2025 Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
  • 10:33 16.05.2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
  • 10:01 16.05.2025 Küləklə bağlı - Xəbərdarlıq
  • 09:56 16.05.2025 Ərdoğan da Albaniyaya gedir
  • 09:51 16.05.2025 İtkin şəhidimizin nəşi Naxçıvana gətirildi - Fotolar
  • 09:44 16.05.2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
  • 09:00 16.05.2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
  • 22:47 15.05.2025 AZCON Holding-in tərkibində fəaliyyət göstərən ADY-nin sədri Rövşən Rüstəmov Pakistanın dəmir yolları üzrə dövlət naziri Bilal Azhar Kayani ilə görüşüb
  • 18:44 15.05.2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
  • 16:00 15.05.2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
  • 15:30 15.05.2025 Azərbaycan əhaIisinin sayı açıqlandı
  • 14:29 15.05.2025 ADY sərnişin daşımada sürətlə irəliləyir – İlk 4 ayda 3 milyonadək sərnişin!
  • 14:24 15.05.2025 Sən də gələcəyin şəhər nəqliyyatını formalaşdıran komandanın bir parçası ol!
  • 14:22 15.05.2025 Gəncə şəhərinin daxili yollarının əsaslı təmiri işləri davam etdirilir VİDEO/FOTO
  • 14:00 15.05.2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
  • 12:42 15.05.2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
  • 12:36 15.05.2025 Müğənni Dəniz Əsədova həbs edildi

© 2017 www.yol-xeber.az - Bütün hüquqlar qorunur.

Mob: +99450 218 48 24; +99455 326 57 58
Təsisçi və baş redaktor: Rasim Məmmədov
Ünvan: Azərbaycan nəşriyyatı 2-ci mərtəbə


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.