![]() |
|
Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törəməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə ikincinin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.
Məlumatlı mənbənin bildirdiyinə görə, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə "yox" cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib.
Mənbə onu da bildirdi ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına "ilişib" və onun ünvanına söyüş söyub. Bu isə Rəşadı təbdən çıxaran "son damla" olub və o, İskəndəri qətlə yetirib.
Qeyd edək ki, bu hadisədən sonra tərəflər münasibətlərini aydınlaşdırmaq üçün görüşüblər. Aralarında yaranan mübahisə zamanı Rəşad İskəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb. Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub.
Xatırladaq ki, İskəndər Mehtiyev 15 gün əvvəl həbsdən çıxıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq, həbs edilib.
İ.Mehdiyevin digər məşhur meyxana ustası Ələkbər Yasamallının dayısı oğlu olduğu bildirilir.
Hazırda onun qətli ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.
APA xəbər verir ki, o, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) İsgəndər adlı qətlə yetirib.
Yenipress.az xəbər verir ki, o, qətl törətdikdən sonra polisə gələrək, təslim olub.
Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
Hadisənin Qaradağ rayonunda baş verdiyi bildirilir. Başqa bir iddiaya görə, öldürülən şəxs Rəşadın qonşusudur.
Onun Rəşada söyüş söyməsi səbəbindən bıçaqlandığı bildirilir.
Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
"Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
Bu barədə onun ailəsindən məlumat verilib.
Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd olunub ki, sabiq nazir ürək çatışmazlığından vəfat edib.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.
Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.
"Yol-xeber.az" xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Amil Sərhədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Yasamal rayonundakı evinə baxış zamanı ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə aşkar olunaraq götürülüb. Amil Sərhədov ifadəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil etdiyini bildirib. O, əvvəlcədən təyin edilən ünvanlara narkotikləri çatdırmaq və ətrafdakı insanların diqqətini cəlb etməmək üçün kuryer görüntüsü yaradaraq mopeddən istifadə edirmiş.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Amil Sərhədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Tərtər işi” üzrə təqsirləndirilərək mühakimə edilən və bu gün apellyasiya şikayətinə baxılacaq 11 nəfərin adı məlum olub.
Report məlumatına görə, bunlar kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovdur.
Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə həmin şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayacaq.
Qeyd edək ki, Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Xatırladaq ki, rəsmi məlumata əsasən, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.