![]() |
|
İstanbul meri Ekrem İmamoğlu saxlanılıb.
Bu barədə “Sözcü” məlumat yayıb.
Bildirilib ki, türkiyəli siyasətçi ilə yanaşı onun mətbuat müşaviri Murat Onqun da saxlanılıb. Merin evində axtarış aparılır.
17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Faktla əlaqədar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılmış, aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilmişdir.Müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşmışdır. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunmuşdur.
Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunmuş, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülmüşdür.
Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcəkdir.
Azərbaycan Ordusunun mövqeləri martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək fasilələrlə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Xızı rayon prokurorunun olduğu avtomobil qəzaya uğrayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb.
Modern.az məlumatına görə, məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib.
Qeyd edək ki, müğənni ötən il Bakıdakı “MedEra” hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin.
İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib.
Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən, Xalq artisti həmin hadisə zamanı əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədilə atdığını bildirib.
Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə
*Regionda gərginlik artır – Genişmiqyaslı savaş başlaya bilər
*Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır
*ABŞ xəbərdarlıq etdi: Putin Trampın təklifi ilə razılaşmasa...
*Avropa qorxuda: “Trampizm” sürətlə yayılır
*Paşinyan 3 prezidentə zəng edir, sərhədə ordu yığır – Səbəb
*Təcili: Hizbullah Suriyaya hücuma keçdi
*Ermənilər səngər qazmağa başladı: sərhəddən son görüntülər
*Tramp anti-Azərbaycan şəbəkəni necə sıradan çıxarır - TƏHLİL
*Trampın müşaviri Hikmət Hacıyevlə danışdı
*ŞOK İDDİA: Tramp mikrofonla vurulduqdan sonra ZƏHƏRLƏNİB
*Paşinyanın Putin, Pezeşkian və Makrona zənginin SİRRİ
*Türkiyə Krımın ilhaqını tanımır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir
*Husilərdən ABŞ gəmilərinə ikinci hücum: Ballistik raket və dronlar işə düşdü
*Ermənistanla sülh burada imzalana bilər – 3 ölkənin adı çəkildi
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 09.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Səhər Xəbər” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib, avtomat aşkar olunub.
Bu barədə Penitensiar xidmətin və DİN-in yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, əməliyyat aparatının DİN-in əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd "Kalaşnikov" avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat Aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayon, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün saat 05:30 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 121-ci kilometrliyində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Şabran rayonu ərazisində “KamAZ” və “Mercedes” markalı yük avtomobilləri toqquşub.
Belə ki, “KamAZ”ın sürücüsü yanacağın bitməsi səbəbi ilə nəqliyyat vasitəsini yolun sağ hərəkət zolağında saxlayıb. Bu zaman arxadan gələn “Mercedes” markalı yük maşını öz yolu ilə hərəkətdə olarkən arxadan ona çırpılıb.
Baş DYP İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində ölüm faktı və ya xəsarət alan olmayıb:
“Təəssüflər olsun ki, dəfələrlə edilən xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, hələ də bəzi sürücülərin qaydalara biganə yanaşması, yanacaq çəninə kifayət qədər yanacaq vurmamaları və yolun hərəkət hissəsində nəqliyyat vasitələrini saxlamaları bu kimi hadisələrə gətirib çıxarır. Sürücülərdən xahişimz və tələbimiz ondan ibarətdir ki, yola çıxarkən nəqliyyat vasitəsinin sazlığına və yanacaq çənina diqqətlə yanaşsınlar”.