7 yaşlı Fəridin amansız şəkildə döyülməsi, nəinki bütün ölkəmizi, hətta Azərbaycanın sərhədlərindən kənarda yaşayan insanlarımızı da sarsıtdı. Hamı günahkarı lənətləyirdi, əsəblər sakitləşmirdi. Azyaşlının anası da qınanırdı. Onun müsahibəsindən sonra insanlar məşqçinin vəhşiliyini artıq az qalsın ki, unutmuşdu. Hədəfdə Fəridin anası idi – Aynurə Bakarova. Elə həmin günlərdə məşqçi ilə aralarında münasibətin olduğu və bu səbəbdən azyaşlının qurbana çevrildiyi danışılırdı. Mən şəxsən inanmaq istəmirdim ki, Fəridin ölümündə anasının da “əli var”. Çünki hər nə olur-olsun, məşqçi Mehman Xəlilovun hadisəni törətməsinə sanki haqq qazandıracaq elementlərə yol verilməməli idi, verilməməlidir.

Bir müddət bir çoxlarına bəlkə də ömürlük travma qoyan hadisə haqqında danışmağa fasilə verildi. Amma iş üzrə məhkəmə başlayandan sonra yenidən gündəmə gəldi. 

 Aynurə və Mehmanın arasında sevgi münasibətlərinin olması və o qara, faciəvi, insanlığa sığmayan, vəhşi hadisədən 3 ay əvvəl ayrılmaları haqda məlumat mənzərəyə ümumi qiymət verməyə məcbur edir. Həyatda baş verənlərin “səbəb-nəticə” əsasında yaşandığına inanıram. Çünki hər hansı hadisə olanda onu yaşamamaq üçün, adətən, səbəbi axtarıb həmin səhvlərə yol verməməyə çalışıram. Bu, bəzən uğurlu, bəzən isə uğursuz ola bilir.

Hadisə artıq Aynurə, Mehman, Fərid kontekstindən çıxıb. Çünki oxşar münasibətlərin qurbanı və ya qurbanları kifayət qədərdir. Şübhəsiz ki, hadisənin videogörüntüləri olmasaydı, insanlara bu qədər təsir etməzdi. Ona görə də ümumi yanaşmaqda fayda var.

Əvvəlcə vurğulamaq və üzərində durmaq istədiyim iyrənc baxış bucağından danışmaq istəyirəm. Cəmiyyətimizdə insanların əksəriyyəti kiməsə ailə üzvlərinə - anasına, qardaşına, atasına, bacısına, hətta əmi, bibi, dayı və s. qohumlarına görə qiymət verilməsi halı hökm sürür. Bu qiymətləndirmə əsasında münasibət sərgilənir. Açıq danışmalıyam. Bu mövzu açıq sözlülüyü zəruri edir. Sevgilisinə qoşulub qaçan qızın əmisi oğluna “o kimdir e, qoşulub qaçan qızın əmioğlusudur da” deyildiyini eşitmişəm. Adamın özünə görə hörməti olsa da, xeyri yoxdur. 

O məşqçinin də Fəridə qarşı amansız davranmağa sövq edən “əxlaqsızın balasına” olan münasibətdən qaynaqlanır. Qətiyyən kiminsə həyatına müdaxilə etməkdə və ananı günahlandırmaqda maraqlı deyiləm. Ümumiyyətlə, belə qiymətləndirmənin əleyhinəyəm və pisləyirəm. Mövzunu aydınlaşdırmaq üçün bu misalları çəkmək məcburiyyətindəyəm. Niyə məhz Fəridlə amansız davranıldı? Axı orada başqa uşaqlar da vardı. Axı anası ilə normal münasibəti olsaydı, Fəridi də öz balası kimi sevərdi. Ən azından ona zərər gəlməsini istəməzdi. Axı sevdiyi şəxsin balasıdır...

İkincisi, boşanma ilə bağlı fikirlər... “Əşi boşansınlar da”, “ona ər yoxdur?”, “siz yola gedən deyilsiniz, gedin boşanın” və s. kimi sözlərlə ailələri boşanmağa təşviq etmək və bu yöndə təbliğat kampaniyası aparmaq. Yola getməyən insanlar necə olur ki, uzun müddət sevgili olur, nəhayətində, evlənəndə başa düşürlər ki, tay deyillərmiş. Bəli, “heç bir halda boşanmaq olmaz!” demək, ağılsızlıq olar. Amma ən adi, sadə mövzulara görə boşanmaq olmaz! Bir hikmətli deyim var: Ailə hüquqların uğrunda mübarizə aparmağın üçün meydan deyil, əksinə, tərəflər bir çox hallarda haqqından keçib münasibətləri yoluna qoymalıdır. Təcrübə deyir ki, əksər hallarda boşananların “əli bala batmır”. Deməli, həll yolu boşanmaqdan keçmir. Nəzəriyyələrə qalsa, gərək dünya qan gölünə çevrilsin. Dövlətlər arasında belə, münasibətlərda güzəştlər və hesablaşmalar olur. Yoxsa hər gün müharibə olardı. Coğrafi mövqeyi boşamaq isə mümkünsüzdür. Dövlətin balaları ortalıqda qalardı, ögey dövlətin hakimiyyəti altında yaşayardı... Dövlətlər arasında konflikt yarananda beynəlxalq vasitəçilər müdaxilə edirsə, niyə ailələrin dağılmasının qarşısını almaq üçün vasitəçilər olmasın? Şahidi olmuşam ki, dağılmaq üzrə olan ailələri böyüklərin vasitəsi ilə qoruyublar. Özü də sonradan əvvəlkindən də yaxşı ailə formalaşıb. Lap ehtiyac varsa, psixoloq qəbullarına da getmək olar. Əgər düzəlmirsə, ən son həddə boşanmağı seçmək labüd ola bilər.

Üçüncüsü, azad seks anlayışı... Cəmiyyətimizdə cinsi mövzularda hadisə baş verdikdə səs-küy düşən kimi deyilir ki, bu yöndə acdırlar, ona görə də partlayış effekti verir. Azad seks məhz belə problemlərin yaranmaması üçün bir qrup insan tərəfindən dəstəklənir. Amma altını çəkərək qeyd edilməlidir: Avropa cinsi istəyi doydurmaq üçün bunu etsə də, qarşısını almağa müvəffəq olmayıb. Əksinə, daha da istəkli edib. Zorlanmaların azalmaması və geniş yayılması, üstəlik, əks cinsdən bezib həmcinsinə meyillənənlərin çoxalması, bu anlayışın uğurlu olmamasından xəbər verir.

Dördüncüsü, övladların ögey ata və ya ananın himayəsində yaşaması olduqca çətindir. Yaxud da bizim cəmiyyətdə hələ də formalaşmayıb. “Ata ögey qızını zorladı” başlıqlı xəbərləri az görməmişik.

Xülasə bir ailənin dağılması, təkcə iki şəxs arasındakı münasibətləri bitirmir, əvvəlcə onların özünü bitirir, uşaqları varsa, onları da bitirir. Hələ buraya qohumluq məsələlərini də əlavə etsən, az qala bir xırda dövlətin süqutu imzalanır. İki nəfər canını qurtarmaqla xeyli insanı, o cümlədən özlərini yaralayır və ya “öldürür”.

Bir daha qeyd edirəm, boşanma və kiminsə şəxsi münasibətlərinə müdaxilə kimi nə xasiyyətim var, nə də bunun tərəfdarıyam, sadəcə, hadisələrə yuxarıda qeyd etdiyim “səbəb-nəticə” kimi baxmağım və hər şeyin sözügedən formulda baş verdiyinə inanmağım bu mövzuda yazmağımı zəruri etdi.

Fəridlər ölməsin...

Müəllif: Samir Mirzə (Miri)

409503

Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub FOTO

Yol-xeber.az" xəbər verir ki, Zaqatala rayonu Qazangül qəsəbəsində daxili yol üzərində yerləşən və sel suları nəticəsində yanaşma hissəsi yuyulan körpüdə bərpa işləri aparılaraq hərəkət təmin olunub

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi sözügedən yolun və körpünün agentliyin balansında olmamasına baxmayaraq, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 

Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub

Hal-hazırda Zaqatala rayonu ərazisində yollarda sel suları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

YOLUNUZ AÇIQ OLSUN...


Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub FOTO
Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub FOTO
Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub FOTO

Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

APA-nın Cənub bürosunun məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda bölgədə intensiv yağış davam edir.

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Qarabağda yaşayan erməni əsilli şəxslərin kütləvi şəkildə Ermənistana keçidi davam edir.

Sentyabrın 16-da “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlər arasında Əsgərandakı erməni kilsəsinin ruhanisi Mesrob Mkrtçyan da görülüb.

O, ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayanıb.

Maraqlısı isə odur ki, keşiş Mkrtçyan əvvəllər separatçılarla birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyərək sinəsinə döyürdü.

Ətraflı Baku TV-nin süjetində:

Sentyabrın 16-da, yerli vaxtla saat 05:52-də Qubada zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ 3,3 maqnitudada baş verib, zəlzələ ocağı 42 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

"Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər", - məlumatda vurğulanıb.

***
Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.

APA-nın verdiyi məlumata görə, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.

Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.

Sentyabrın 14-ü saat 22:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.

Qurum Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edib.

Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu Nihad Namazov Tovuz rayonunun Qovlar şəhər qəbristanlığında dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, hərbçilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Dünən çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Kamrəddin oğlu Namazovun nəşi Tovuz rayonunun Qovlar şəhərinə gətirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Nihad Namazovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib, onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra Nihad Namazov Tovuz rayon Qovlar şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, N.Namazov iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı, 18 yaşı var.

Xatırladaq ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov da həlak olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, onların hər birinə şəhidlik statusu veriləcək.

Xəbər verdiyimiz kimi, bu gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Qəzada həlak olan hərbçilərimizlə bağlı bəzi məlumatlar sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Əliyev Taleh Zərdab rayon Gödəkqobu kəndindəndir.

Digər hərbçimiz Namazov Nihad isə Tovuzun Qovlar şəhərindən olduğu bildirilir.

Onlardan ikisinin fotolarını təqdim edirik:

Fotoda Əliyev Taleh

Fotoda Namazov Nihad

Fotoda Həsənov Elgün

Xəbər lenti