Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı

Xəbər verdiyimiz kimi, Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur. Bununla bağlı aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Eyni zamanda, Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı olan Urumçi şəhərinin qardaşlaşması regional əməkdaşlıq baxımından xüsusi diqqətəlayiqdir.

Maraqlıdır, atılan bu addımların ölkəmizə faydalı olacaq nüansları hansılardır?

Mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Çin və Azərbaycan arasında vizasız gediş gəlişin ləğv edilməsi bir müddət öncədən müzakirə edilən əsas mövzulardan idi: “Çünki cənab Prezident də Çinin “Sinxua” agentliyinə verdiyi müsahibədə qeyd etmişdi ki, məhz Azərbaycan və Çin arasında olan iqtisadi potensial bu gün mövcud göstəriciləri ciddi şəkildə artırmağa imkan verir. Bu potensialın reallaşdırılması üçün isə vacib atılmalı olan addımlar vardır və bunlardan biri də viza rejiminin ləğv olunması idi.

Məhz bu rejimin ləğv olunması Orta dəhliz boyunca Çin-Azərbaycan münasibətlərini sürətləndirəcəkdir. Çindən gələn Avropaya gedən yüklərin artmasına, Ələt azad iqtisadi zonasında Çin investorlarının fəaliyyətinin stimullaşdırılmasında, yeni-yeni əməkdaşlıq sahələrinin meydana gəlməsində böyük rol oynayacaqdır”.

508773

Ekspert qeyd edib ki, eyni zamanda da bu faktor çinli investorların təkcə Ələt azad iqtisadi zonasında deyil, bütün ölkə boyunca investisiya fəaliyyətinin həyata keçirilməsinə imkan verəcəkdir: “Ona görə ki, Çin genişlənməkdədir, Çinin ərazisi onun iqtisadiyyatını çiyinlərinə qoyub daşıyacaq qədər deyil. Çin iqtisadiyyatı artıq o sərhədlər daxilinə sığmır. Yeni-yeni müəssisələri təzə torpaqlarda yaratmağa ehtiyac olduğunu bildirirlər və bu, onların fəaliyyətində də görünür. Məhz 2013-cü ildən “Bir kəmər-bir yol” təşəbbüsünün onurğa sütunu bu idi - bir təşəbbüsə Çinin genişlənməsi və Azərbaycan da bu təşəbbüsə ilk qoşulan ölkələrdən olub. Çinin qarşılıqlı viza rejimini ləğv etdiyi 25 ölkə vardır. Azərbaycan 26-cı ölkədir. 26-cı ölkənin Azərbaycan olması, düşünürəm ki, Azərbaycan adına da bir müsbət göstərici olaraq qiymətləndirilməlidir”.

E.Əmirovun sözlərinə görə, bu gün Çin bazarlarında Azərbaycanın kənd təsərrüfatı məhsulları gigiyenik və təbiilik baxımından böyük tələbat olan bir məhsullardır: 

“Viza rejiminin ləğv olunması bazarların daha yaxşı araşdırılmasına imkan yaradacaq. Təsəvvür edin ki, işgüzar səfərlər sürətlənəcək, əməkdaşlıq imkanları çıxacaq. Nə qədər çox görüş olarsa, imkanlar bir o qədər bəlli olar. 
O ki qaldı Naxçıvan və Urumçi şəhərlərinin qardaşlaşmasına fikrimcə bu, faktdır Zəngəzur dəhlizinin açılmasına və açıldıqdan sonra daha geniş imkanlar ortaya qoymasına öz müsbət təsirini göstərəcəkdir. Eyni zamanda, Naxçıvan məkanının Çinlə əlaqələrinin genişlənməsinə imkan verəcəkdir. Həm Naxçıvanın turizm potensialından çinlilərin yararlanmasına imkan veriləcəkdir, həm də Naxçıvanı Zəngəzur dəhlizi vasitəsilə orta dəhlizinin bir seqmenti üzərində yerləşməsi fürsəti yaradacaqdır”.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama

Xəbər lenti