2021-ci ilin 3 rübündə dünya üzrə minik avtomobili istehsalı 7,1 milyon ədəd azalıb.

“Yol-xeber.az”ın məlumatına görə, bu barədə Londonun “IHS Markit” məlumat mərkəzinin hesabatında qeyd olunub. Məlumata əsasən, cari ildə avtomobil istehsalı üzrə proqnoz 6,2% azaldılaraq 75,8 milyon ədədə endirilib. Problemin əsas səbəbi kimi qlobal çip çatışmazlığı göstərilir.

Artıq bir sıra dünya avtomobil nəhəngləri sözügedən problemdən irəli gələrək istehsalı azaltmaq qərarına gəlib. Belə ki, Yaponiyanın avtomobil nəhəngi “Nissan” bu ay Meksikadakı iki zavodunda istehsalı dayandıracağını, Almanyanın avtomobil şirkəti “Volkswagen” Volzburq şəhərində yerləşən ən iri zavodunda oktyabr ayının ilk iki həftəsində  iş saatlarını azaldacağını, ABŞ-ın avtomobil nəhəngi “General Motors” isə Şimali Amerikadakı istehsalını 1 aylıq dayandıracağını açıqlamışdı.

Eləcə də, “Toyota Motor” şirkəti qlobal avtomobil istehsalının illik müqayisədə avqustda 16,2% azaldığını, “Ford” isə ABŞ-dakı satışlarının 33,1% aşağı düşdüyünü bildirmişdi.

ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın rəhbəri İlon Mask da öznövbəsində elektron çip böhranının şirkətin böyüməsinə mane olduğunu söyləmişdi.

Məlumdur ki, istehsalın azalması və təklifin aşağı düşməsi qiymətlərə də öz təsirini göstərir. Bəs sözügedən çip böhranının Azərbaycan avtomobil bazarına təsirləri necə olacaq?

Məsələ ilə bağlı “Ölkə.az”a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirdi ki, hazırda dünyada çip qıtlığı davam edir. Bu çip qıtlığı bütün texnoloji həllərə, avadanlıq istehsalına öz təsirini göstərir:

“Çip qıtlığı informasiya texnologiyaları məhsullarının qiymətini artırır. Bu istiqamətdə hələ ki proqnozlar çox olsa da, dəqiq məlumat yoxdur. Burada əsas məsələ spesifikdir və resurs məsələsidir. Çünki pandemiya dövründə bir müddət çip istehsalı dayandı və uzun müddətdən sonra başladı, bu da balansın pozulmasına səbəb oldu”. 

Ekspertin sözlərinə görə, dünya bazarında təklifin aşağı düşdüyünü nəzərə alsaq, bu zaman qiymətlərdə artım olacağını deyə bilərik: “Həmçinin bu dövrdə çip qıtlığının daha da artacağı gözlənilir. Bu gün bazarda bir sıra elektron əşyaların qiyməti 2 dəfə, bəziləri isə 3 dəfə bahalaşıb”. 

“Azərbaycana gəlincə isə, bütün ölkələr kimi Azərbaycan da dünya avtomobil bazarındakı payı qədər bu təsirə məruz qalacaq”, - deyə E. Abbasov əlavə edib.

Avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə “Ölkə.Az”a açıqlamasında bildirdi ki, bir çox elektronika istehsalçısı olan qabaqcıl şirkətlərin istehsal müəssisələrini Çində qurması əsas təsiredici faktorlardan biridir: 

“Pandemiya başladığı vaxtdan bu günə qədər həmin istehsalçı şirkətlərin demək olar ki, hamısı  istehsal prosesini tam olaraq dayandırdı. Bir müddət sonra isə bəziləri qismən fəaliyyətlərini bərpa etdilər. Bu səbəbdən dünyanın nəhəng avtomobil istehsalçılarının istehsal prosesini tamamlaya bilməmələri böyük bazara sahib olan ölkələrdə avtomobilə olan tələbatın tam ödənilməməsinə gətirib çıxardı. Tələbin çoxluq təşkil etməsi isə ABŞ və Avropanın bir çox ölkələrində qiymət artımına səbəb oldu. 

Nəzərə alsaq ki, ABŞ və Avropa ölkələrində utilizasiya proqramı həyata keçirilir və köhnə, istifadəyə yararsız avtomobillər ölkədən çıxarılır, bunun özü də həmin ölkələrdə yeni avtomobilə tələbatı artırır”.

Ekspertin sözlərinə görə, Azərbaycana gətirilən avtomobillərdə qiymət artımı əsasən Çindən gələn avtomobillərdə daha çox hiss olunur: “2019-cu ilin müvafiq dövrü ilə müqayisədə konteynerlərin qiymətində 35-40% artım olduğundan bu da öz növbəsində avtomobilin satış qiymətinə təsir edir. Yol və daşınma xərcləri artdıqca avtomobilin qiyməti də artır. Həmçinin qiymət artımına gömrük amilidə təsir edir”.

“Ölkəmizim avtomobil bazarı təəssüflər olsun ki, ikinci əl, yararsız avtomobillər ilə yüklənməkdədir. Bu səbəbdən də əhali daha çox köhnə avtomobil alır. Sözsüz ki, alınan avtomobillər bir müddət sonra alıcıya böyük problemlər yaşadır”, - deyə E. Əliyev əlavə edib.

Qeyd edək ki, çip böhranının davam etməsi və avtomobil idxalı ilə bağlı daşınma xərclərinin artımı qiymətlərdə bahalaşmanın davam edəcəyini deməyə əsas verir.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti