Azərbaycanda bəzi firmalar çörəyin qiymətini artırıb.

“Bahalaşma əsasən “Çörəkçi” və “Nömrə 1” çörək firmalarının qiymətində müşahidə olunub.

“Nömrə 1” çörək zavodunun satış departamentinin müdiri Rahim Nizaməddinov “Ölkə.Az”a açıqlamasında qiymət artımını təsdiqləyib. Şirkətin nümayəndəsi bildirib ki, qiymət artımının səbəbi əsasən unla bağlıdır:

“Unun qiymətindəki artım bahalaşmanın əsas səbəblərindən biridir. O cümlədən, çörək məhsullarının hazırlanmasında istifadə olunan yağ və şəkər tozunun, çörəklərin daşınması üçün istifadə olunan paketlərin qiymətində artım var. Eləcə də, ilin əvvəlində dizelin bahalaşması da çörəklərin daşınma xərclərinin artmasına səbəb olub. Çünki biz məhsullarımızı dizel avtomobilləri ilə marketlərə çatdırır və paylanmasını həyata keçiririk”. 

R. Nizaməddinovun sözlərinə görə, şirkətin 700-ə yaxın işçisi var və onların əmək haqqı təminatı, ixtisarının qarşısının alınması üçün qiymət artımına gedilib. 

“Nömrə 1” çörək firmasının 4 növ çörək məhsulunda 10 qəpik, digər çörək növlərində isə 5 qəpiyə yaxın qiymət artımı olub.

“Çörəkçi” firmasından isə bildirildi ki, qiymət artımı xammalın bahalaşması ilə bağlıdır: “Un və buğda qiymətində artım maya dəyərini artırıb və bu da qiymət artımı qərarının verilməsinə səbəb olub. Lakin hər mağazanın qiyməti hansı həddə artırdığı ilə bağlı məlumatımız yoxdur”.

Qeyd edək ki, “Nur”, “Xırdalan” və digər çörək firmaları qiymətdə hər hansı artım etmədiklərini bildirdilər.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti