Artıq bir müddətdir ki, Bakı şəhərində mərkəzi rayonun yaradılacağı ilə bağlı məlumatlar yayılıb. Yeni yaradılacaq rayonun paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi hissələrini əhatə edəcəyi bildirilir. 

Sözügedən təklifin ilk dəfə 2019-cu ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə qaldırıldığı və dövlət başçısının təklifi bəyənərək bununla bağlı tapşırıqlar verdiyi qeyd olunur. Bundan əlavə, Bakının Nizami rayonunun ləğv ediləcəyi, ərazisinin Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcəyi də yayılan məlumatlar arasındadır. 

"Yol-xeber.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq qeyd olunan yeniliklərin də əhatə olunduğu Bakı şəhərinin Baş planının ilkin layihəsinin hazır olduğunu bildirib. Layihəyə görə, Bakı şəhərinin Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəzə bölünməsi nəzərdə tutulub:

 

Qeyd olunur ki, Mərkəzi Planlaşdırma Rayonu 1031,4 hektar ərazini əhatə edəcək. Həmin rayonun içərisində ərazisi 425 hektar olan Xüsusi mühafizə ərazisi yaradılacaq. Hazırda müzakirələri gedən, 4 rayonun ərazisinin bir hissəsini əhatə edəcək ərazi də məhz bu hissədir. Tarixən formalaşmış planlaşdırma quruluşu olan, memarlıq və tarixi abidələrin, tarixi-memorial məkanların sıx yerləşdiyi, həmçinin əhali tərəfindən istirahət, əyləncə və xidmət məkanı olaraq daha çox istifadə edilən ərazidir. Qeyd olunur ki, Xüsusi mühafizə ərazisi Mərkəzi Planlaşdırma Rayonunun nüvəsini təşkil edən vacib planlaşdırma elementidir. 

Mərkəzi rayonla bağlı digər detallara gəlincə isə, Komitədən bunların yalnız Baş Planın təsdiqindən sonra açıqlanacağı bildirildi: “Hələ ki, Bakı şəhərinin Baş planı təsdiq olunmayıb. Təsdiq olunandan sonra rayonun adı necə olacaq, dəqiq sərhədləri necə olacaq, bu barədə detallı nəsə danışmaq olar”. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan xəbərlə əlaqədar qeyd olunanlardan əlavə məlumatın olmadığı bildirildi: “Bakı şəhərinin Baş planının hazırlanması Dövlət Şəhərsalma və Arxitektura  Komitəsinə tapşırılıb. Biz də onların məlumatını gözləyirik”. 

Qeyd edək ki, mərkəzi rayonun yaradılması ilə əlaqədar Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Bakının keçmiş baş memarı Elbay Qasımzadə Yenisabah.az-a açıqlamasında mərkəzi rayonda bəzi məhdudiyyətlərin tətbiq oluna biləcəyini demişdi. Yəni, sözügedən ərazidə istənilən tikinti aparıla bilməz. Bunun üçün ilk növbədə memar, rəssam, heykəltəraş, tarixçi və arxeoloqlardan ibarət rayonun İctimai Şurası yaradılmalı və görüləcək işlərlə bağlı həmin şura tərəfindən əvvəlcədən təhlil olunmalıdır. Həmçinin, bu rayonda nəqliyyat vasitələrinin hərəkəti xüsusi qaydalarla aparılmalıdır:

“Faytonlar turistləri cəlb etmək üçün olacaq. Əhali təbii olaraq işdən evinə faytonla getməyəcək. İctimai nəqliyyat olacaq. Sadəcə, ola bilsin ki, orada hərəkət yolları bir qədər məhdudlaşacaq. Şəxsi avtomobillərin hansısa məhəllələrə daxil olması qadağan ediləcək. Amma mən düşünürəm ki, biz oranı qoruğa çevirməməliyik. Çünki qoruqda yaşamaq kifayət qədər çətindir”.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti