“Zəfər yolu”nun asfaltlanmasına başlanıldı

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir.

“Yol-xeber.az”nun məlumatına görə, ötən il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.

Dövlət başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu”  Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. “Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb.

"Zəfər Yolu"nun ilk 6 km-lik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci km-lik  hissəsində torpaq işləri, 42-44-cü km-lik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb.

Eyni zamanda 51-76-cı km-lik hissədə qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci km-lik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. Artıq layihənin 52-ci km-də, Böyük Tağlar ərazisində yeni körpünün inşa dayaqları inşa edilib.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub. 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Qeyd edilən proseslərin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu”  Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

 










 
07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti