Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı Azərbaycan ərazisi vasitəsi ilə şərqə istiqamət götürüb. Bu artıq Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir. Sözügedən dəhliz vasitəsi ilə ilk yüklər ölkəmizin ərazisi vasitəsindən keçməklə Hindistana daşınır. Bu isə o deməkdir ki, daha çox test qatar hərəkəti kimi xarakterizə olunan bu yükdaşımadan sonra Şimal-Cənub nəqliyyat dəhlizi daha aktiv şəkildə mütəmadi olaraq istifadə olunacaq.

"Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə Azərbaycan ərazisindən yüklərin daşınması Vətən Müharibəsindəki Zəfərimizdən sonra regionda formalaşan yeni düzən kontekstindən daha strateji əhəmiyyət daşıyır:

"Belə ki, savaşdan sonra regionda kommunikasiyaların bərpası intensiv müzakirə olunur. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqlar sürətlənməklə bu məsələ aktuallığını daha da artırır. Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Bu, bir tərəfdən Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək".

"Qeyd edək ki, Şüveyş kanalında son baş verən qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlmişdi. Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək", - deyə V. Bayramov əlavə edib.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti